SUMQAYIT BƏLƏDİYYƏSİNİN BAYRAM HƏDİYYƏLƏRİ
Sumqayıt şəhər bələdiyyəsinin səyi və qayğısı sayəsində şəhid ailələri, qaçqınlar və məcburi köçkünlər, Qarabağ müharibəsi əlillərinin ailələri və aztəminatlı ailələr ümumxalq Novruz bayramını yüksək əhvali-ruhiyyə ilə keçiriblər. 50-yə yaxın ailə15 milyon manatlıq bayram hədiyyəsi almışdır. Bələdiyyə üzvləri və idarə aparatının işçiləri ayrı-ayrı ailələrdə, eləcə də fiziki və əqli cəhətdən geri qalan uşaqlar üçün ixtisaslaşdırılmış internatda olmuşlar.
Bələdiyyədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ali məktəblərə daxil olarkən yüksək göstəricilərə nail olmuş 22 tələbəyə, beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanmış 5 idmançıya, 4 nəfər əmək və müharibə veteranına il ərzində verilmək üçün 40 milyon manata qədər müavinət ayrılmışdır.