“Sumqayıt” futbol klubu ilk dəfə olaraq kubok finalına çıxıb
Sumqayıt, 1 may, AZƏRTAC
Mayın 1-də “Zirə” İdman Kompleksinin stadionunda futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunu keçirilib. “Zirə” “Sumqayıt” futbol klubunu qəbul edib.
AZƏRTAC xəbər verir ki, gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşma 3:3 hesabı ilə bitib. Oyun bərabərliklə yekunlaşsa da, “Sumqayıt” FK final oyununa adlayıb və ilk dəfə olaraq kubok finalına vəsiqə qazanıb.
Kubokun final oyunu mayın 19-da Naxçıvan şəhərində keçiriləcək. “Sumqayıt” futbol klubunun rəqibi “Qəbələ” olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]