SUMQAYIT GƏNCLƏRİ NARKOTİKLƏRİN ƏLEYHİNƏDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, konfransda çıxış edənlər narkomanlığın gənclər arasında yayılmasından və bunun ağır nəticələrindən danışmış, sağlam həyat tərzinə əməl olunmasının zəruriliyini vurğulamışlar.
Narkoloqlar, sosioloqlar, psixoloqlar, eləcə də hüquq mühafizə orqanlarının nümayəndələri konfrans iştirakçılarının suallarını cavablandırmışlar.
Konfrans iştirakçıları şəhər məktəblilərinin narkomaniya əleyhinə çəkdiyi rəsmlərdən və plakatlardan ibarət sərgi ilə də tanış olmuşlar.