Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sumqayıt hadisələri Azərbaycan xalqı ilə bağlı dünyada mənfi imic yaratmaq məqsədi güdürdü

Sumqayıt hadisələri Azərbaycan xalqı ilə bağlı dünyada mənfi imic yaratmaq məqsədi güdürdü

Sumqayıt, 28 fevral, AZƏRTAC

Sumqayıtın yaşlı və orta nəslinin nümayəndələri 33 il əvvəl şəhərdə erməni millətçilərinin xaricdə yaşayan havadarlarının, "Daşnaksutyun" partiyasının dəstəyi ilə necə qanlı aksiya törətdiyini yaxşı xatırlayırlar. O vaxt ölkədə “yenidənqurma” siyasəti elan edən Mixail Qorbaçovun “islahat”larından biri də millətlərarası ədavəti qızışdırmaq, xaos yaratmaq idi. Dağlıq Qarabağ məsələsi qaldırılan zaman Qorbaçov ermənilərə hər cür kömək göstərəcəyini vəd etmişdi. Şovinist Aqanbekyanın Parisdəki məlum çıxışı hadisələri alovlandıran ilk qığılcım oldu.

Bu sözləri AZƏRTAC-ın müxbirinə Sumqayıt Dövlət Universitetinin prorektoru, professor, hadisə ilə bağlı araşdırmaların, bir neçə kitabın və məqalələrin müəllifi olan Ramazan Məmmədov söyləyib.

Ermənilərin Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlər və təxribatlar törətdiklərini xatırladan R.Məmmədov qeyd edib ki, belə cinayətlərdən biri də 1988-ci il fevralın sonlarında Sumqayıt şəhərində törədilən kütləvi iğtişaşlar idi. Bu hadisələr ermənilərin və onların havadarlarının Azərbaycan xalqı ilə bağlı dünyada mənfi imic yaratmaq məqsədi güdürdü. Belə ki, fevralın 27-29-da Sumqayıtda cərəyan edən hadisə nəticəsində müxtəlif millətlərdən olan 32 nəfər, o cümlədən 26 erməni həlak olub, 400-dən çox insan yaralanıb, 200-dən çox mənzil talan edilib, 50-dən artıq mədəni-məişət obyekti dağıdılıb, 40-dan çox avtomaşın yararsız hala salınıb, şəhərə böyük maddi ziyan vurulub.

Ramazan Məmmədov deyib: “Sumqayıtda baş verən hadisələrlə bağlı apardığımız araşdırmaların nəticələri professor Həsən Sadıqovla birgə yazdığım "Sumqayıt: milli əsarət, ya milli səxavət?" və Əməkdar jurnalist Eyruz Məmmədovun və mənim həmmüəllifi olduğumuz “Sumqayıt, 1988. Cinayət və cəza” kitablarında əksini tapıb. O dövrdə “Krunk” adlı erməni təşkilatı fəaliyyət göstərirdi. Demək olar ki, bütün qatı millətçilər oraya toplaşmışdılar. Təşkilatın yeganə məqsədi Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycandan ayırıb Ermənistana birləşdirmək idi. Bu məqsədlə ermənilərdən kütləvi şəkildə pullar yığılırdı. Sumqayıt ermənilərinin qarşısında da belə bir tələb qoyulmuşdu. Təkcə bir ayda Sumqayıt bankından 1 milyon rubla yaxın pul çıxarılmışdı. Sadə ermənilər bunu ona görə edirdilər ki, millətçi “Krunk” və “Daşnaksutyun” təşkilatları onlardan məcburi şəkildə ianə qopara bilməsin. Ermənilər faktları qətiyyətlə inkar etməyə çalışsalar da, həqiqət dəyişməz olaraq qalır. Belə ki, müttəhimlər kürsüsünə Eduard Qriqoryan adlı erməni də çıxarılmışdı. O erməni ki, ilk olaraq beş nəfəri qətlə yetirmiş və bununla da insanları kütləvi iğtişaşlara təhrik etmişdi. Yeri gəlmişkən, araqarışdıranlar təkcə insanları öldürməklə kifayətlənmir, hadisələrin miqyasını böyütmək üçün evlərə hücum çəkir, avtomobilləri yandırır, ticarət obyektlərini qarət edirdilər”.

Həmin hadisələri xatırlayan professor qeyd edib ki, fevralın 27-də Sumqayıta daxil olan təxribat qrupunun üzvləri əhali arasında ekstremist ruhlu təbliğat aparırdılar: “Şəxsən şahidəm ki, Sumqayıtın mərkəzi meydanında, bazar və univermaq ətrafında camaatı başına toplayan meşin gödəkcəli bu naməlum şəxslər özlərini Ermənistandan qovulmuş azərbaycanlılar kimi qələmə verir, ermənilərin onlara necə divan tutduqlarından “yana-yana” danışırdılar. Qızışdırıcı, təxribat ruhlu söhbətlər təsirsiz qalmadı. Təhrikçilər şəhərdəki qeyri-sağlam qüvvələri, xüsusən də gəncləri inandırıb meydana topladılar. Mitinqlər başlandı və Sumqayıtda yaşayan ermənilərə divan tutmaq çağırışları səsləndi. Şəhərin “başbilənləri” əhalini şayiələrə uymamağa, təmkinli olmağa çağırsa da, artıq gec idi, düşmən öz işini görmüşdü. Fevralın 28-29-da təhrikçi dəstə şəhərin azyaşlı, emosiyalara uymuş gənclərinin kortəbii axını ilə faciəli hadisələrə yol açdı və aradan çıxdı. Ondan sonra meşin gödəkcəliləri şəhərdə “gördüm” deyən olmadı”.

Ramazan Məmmədov bildirib ki, həmin günlər Sumqayıt şəhərinin rəhbərliyi məzuniyyətə göndərilmiş, milis rəisi işdən azad edilmiş, DTK şəhər şöbəsinin rəisi isə başqa işə keçirilmişdi. “Şəhəri sanki bilərəkdən başsız qoymuşdular. Fevralın 28-də Sumqayıtda iğtişaşlar daha geniş miqyas aldı. İtaətsizlik baş alıb gedirdi. Hüquq-mühafizə orqanları iflic vəziyyətdə idi. Bütün bunlar Sumqayıtda baş verən hadisələrə əvvəlcədən ciddi hazırlıq görüldüyündən və nəzarətdə saxlanıldığından xəbər verir. Sübut və dəlillər hadisənin DTK divarları arasında hazırlandığını açıq-aydın göstərir. Respublika Baş prokurorluğunun apardığı istintaqla müəyyən edilib ki, o vaxt Sumqayıt şəhərində yaşayan ermənilərin əksəriyyəti kütləvi iğtişaşların baş verəcəyindən əvvəlcədən xəbərdar olub. Belə ki, aparılan əlavə istintaq zamanı Sumqayıt şəhərində yaşayan 100-dən çox ailənin hadisələrə qədər əmanət kassalarında olan pullarını götürüb, şəhərdən köçüb getdikləri müəyyən edilib. Onların əksəriyyəti imkanlı ailələr idi. Həmin ərəfədə intensiv beynəlxalq telefon əlaqələri də ermənilər tərəfindən yaradılıb. İstintaq onu da müəyyənləşdirib ki, Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları Bakı və Sumqayıt şəhərlərinə gələrək buradakı mehmanxanalarda yerləşib, ermənilərlə görüşərək gizli söhbətlər aparıblar. Beləliklə, süni yaradılan bu təxribat ocağı bilərəkdən vaxtında söndürülməyib. Bu hadisənin Dağlıq Qarabağı Azərbaycanın tərkibindən qoparmaq üçün düşünüldüyü artıq təkzibolunmaz faktdır”, - deyə o vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zahid Oruc: Başlıca məqsəd uşaqları sosial şəbəkələrin zərərli təsirlərindən qorumaqdır

Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib

Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb

Azərbaycan təhsilinin ixrac modeli - UNEC-in Dərbənd filialı

BTQ xəttinin yenidən istifadəyə verilməsi Azərbaycanın tranzit mövqeyini gücləndirir ŞƏRH

Moldovada kənd yaxınlığında pilotsuz uçuş aparatı partlayıb

Türkiyənin Millət Kitabxanasına Qərbi Azərbaycanın irsinə dair kitablar təqdim olunub

Son iki gündə 99 cinayətin açılması təmin olunub

“Bakı Enerji Həftəsi” Azərbaycanın enerji strategiyasının nümayiş platformasıdır ŞƏRH

Ermənistanda seçkilərdə səslərin sayılması başa çatıb: parlamentdə dörd siyasi güc təmsil olunacaq

AHİK-in təşkilatçılığı ilə “Sağlam həmkar” minifutbol turnirinə start verilib

İdarə rəisi: “112” qaynar telefon xəttinə daxil olan müraciətlərin 80 faizi əsassızdır

Qızıl medal qazanan Azərbaycan gimnastı: Ən böyük üstünlüyümüz bir-birimizə olan inam və dəstəyimizdir

Sosial şəbəkələrdə qeydiyyat üçün yaş tələbləri sərtləşdirilir

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

İranın qərbindəki hava limanlarında uçuşlar dayandırılıb

Tramp: Danışıqlar nəticəsiz qalsa, ABŞ İrana desant çıxara bilər

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir

Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin qorunması məqsədilə qanun layihəsi hazırlanıb

Yaş məhdudiyyətli sosial şəbəkə platformaları üçün yeni cərimələr nəzərdə tutulur

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Sübutsuz iddia fakt kimi təqdim oluna bilməz - ŞƏRH

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşı saxlanılıb

Əziz Ələkbərli: Müasir Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, suveren və bütöv dövlətdir

Azərbaycanın enerji strategiyası və qlobal etibarlılığı Prezident İlham Əliyevin praqmatik siyasətinin nəticəsidir - ŞƏRH

Ali Məhkəmə beynəlxalq yük daşınması münasibətlərində yük göndərənin və daşıyıcının müəyyən olunmasına dair hüquqi mövqe ifadə edib

Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb

Lerikin ucqar dağ kəndlərində elektrik şəbəkəsi yenilənir

Qəbul imtahanının ikinci cəhdində iştirak üçün 60 mindən çox abituriyent qeydiyyatdan keçib

Bu ilin 5 ayında büdcə gəlirləri proqnozu üstələyib

Ötən həftə 149 mina və 412 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Araz çayında batan yeniyetmənin axtarışına dalğıclar cəlb edilib - YENİLƏNİB

Şəmkirdə vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinləniləcək

“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir

DİM dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçənlərə müraciət edib

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO

Filippində güclü zəlzələdən sonra hava limanı bağlanıb

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO

Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır

Bakıda beynəlxalq tennis turnirinə yekun vurulub

Şəhriyar Məmmədyarov Özbəkistandakı turnirə qələbə ilə başlayıb

Yaponiyada sunami xəbərdarlığı elan olunub

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Azərbaycan pauerliftinqçiləri Avropa çempionatında iki rekordu yeniləyiblər

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib

FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib VİDEO

Azərbaycan dilini öyrənmiş astanalı qız: Bu prosesdə musiqi böyük rol oynadı – MÜSAHİBƏ

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

Filippində güclü zəlzələ baş verib, ölənlər var YENİLƏNİB

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinə Dövlət Rəqs Ansamblının konserti ilə yekun vurulub

Azərbaycanın media nümayəndələri Türkmənistan muzeyləri ilə tanış olublar

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

“Telegraph”: ABŞ Mavrikidən Çaqos arxipelaqını almağı nəzərdən keçirir

Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj

Si Cinpinin Şimali Koreyaya səfəri başlayıb

Tramp: Netanyahu ABŞ-İran razılaşmasını qəbul etməli olacaq

Böyük Britaniya, Fransa və Almaniya Ukrayna üçün birgə uzaqmənzilli silah sistemləri istehsal edəcək

Florentino Peres yenidən “Real Madrid”in prezidenti seçilib

Hesabat: Nüvə dövlətləri arsenallarını modernləşdirməyə davam edir

Zelenskinin Londonda Avropa liderləri ilə görüşünün detalları açıqlanıb

“Tasnim”: İran İsraili “Xeybarşekan” ballistik raketləri ilə vurub

“Kan”: İsrail İranın raket hücumuna cavab vermək niyyətindədir

Türkiyədə yeni Konstitusiyanın hazırlanması istiqamətində addımlar sürətlənir

“Exit-poll”un nəticələrinə görə Nikol Paşinyanın partiyası səslərin 56,7 faizini qazanıb

“OPEC+” iyul ayı üçün neft hasilatının artırılmasını təsdiqləyib

Aralıq dənizində miqrant faciəsi: Ölənlər var

Tramp: Netanyahuya zəng edib İrana cavab verməməsini istəyəcəyəm

İraqda ağır yol qəzasında azı 21 nəfər ölüb

Tramp İrana müraciət edib: Masaya qayıdın və razılaşma əldə edin

Elektron səsvermənin nəticələrinə görə Nikol Paşinyanın partiyası seçkilərdə liderdir

Türkiyə və İranın XİN başçıları arasında telefon danışığı olub

İraq hava məkanını müvəqqəti bağlayıb

Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb

İran yenidən İsrailə hava zərbələri endirib

Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib

Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib

Danimarka millisinin kapitanı Kristian Eriksen Ukrayna ilə oyun zamanı huşunu itirərək yerə yıxılıb

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal

Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb

Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib

Azərbaycanın voleybol milli komandaları Avropa Liqasında birinci mərhələni başa vurublar

SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub

FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər

Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Səudiyyə Ərəbistanında zəvvarlar üçün elektron qapı texnologiyası tətbiq edilib

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib

Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Qarabağ Universitetində professional səs elminə həsr olunmuş konqres təşkil edilib

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı bölməsi" açılıb

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq