Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 39-a çatıb
Bakı, 1 iyul, AZƏRTAC
“Nun” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib, bununla da parkın rezidentlərinin sayı 39-a çatıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, yeni rezident tərəfindən Sənaye Parkının ərazisində polimer kisə istehsalı layihəsi həyata keçiriləcək.
Layihənin investisiya dəyəri 11,2 milyon manat təşkil edir. Hindistanın "Lohia Corp Ltd." şirkətinin texnologiyasından istifadə ediləcək müəssisədə il ərzində 3120 ton laminatlı və polipropilen kisə istehsal edilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]