SUMQAYIT KİMYAÇILARI 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİNİ YAD ETMİŞLƏR
Toplaşanlar Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz, Prezident Heydər Əliyevin, habelə Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbirdə çıxış edən şahidlər o hüznlü günləri xatırlayaraq bildirdilər ki, silahsız əhaliyə qarşı törədilən qırğın heç zaman yaddan çıxmayacaqdır. Şəhidlərimizin nurlu xatirəsinə ən böyük hədiyyə isə erməni separatçıları üzərində qələbə, işğal edilmiş əzəli Azərbaycan torpaqlarının qaytarılması olacaqdır.
Şəhərin məhəllə və mikrorayonlarında şəhidlərin ruhuna ehsanlar verilmişdir.
“Azərkimya”nın “Üzvüsintez”, “Etilen-polietilen”, “CAM”, “Sintezkauçuk” müəssisələrində və Layihə İnstitutunda da şəhidləri anma mərasimləri keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]