Sumqayıtda 20 nömrəli tam orta məktəb üçün yeni bina tikilir
Sumqayıt, 14 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda şəhər 20 nömrəli tam orta məktəbin tikintisi davam etdirilir. Məktəb üçün bina şəhərin 4-cü mikrorayon ərazisində inşa olunur.
AZƏRTAC xəbər verir ki, təhsil müəssisəsi 3 mərtəbəli və 1100 yerlik olacaq. Məktəbin yeni binası müasir istilik sistemi ilə təchiz ediləcək və burada fənn kabinetləri, laboratoriyalar, yeməkxana, idman və akt zalı, kompüter otaqları fəaliyyət göstərəcək. Bir sözlə məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq.
Onu da qeyd edək ki, Sumqayıt şəhərində 20 nömrəli məktəbdən əlavə 9 nömrəli məktəbin 4 tədris korpuslu binasının tikintisi yekunlaşır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:20]
Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO
- 15.10.2026 [11:50]
Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat
- 15.10.2026 [11:06]
Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə
- 15.10.2026 [10:47]
ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib
- 14.10.2026 [22:04]