Sumqayıtda şəhid Abdulla Əhmədovun barelyefi açılıb
Sumqayıt, 5 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtın Corat qəsəbəsində Vətən müharibəsində qəhrəmancasına şəhid olan Abdulla Əhmədovun barelyefinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə şəhidin yaxınları, qəsəbə sakinləri, hərbçilər iştirak ediblər.
Tədbirdə Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan bəhs olunub.
Bildirilib ki, əsgər Abdulla Əhmədov Sumqayıtda doğulub, 18 yaşında idi. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Abdulla Əhmədov Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmən mərmisinə tuş gələrək oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb. O, Sumqayıtın Şəhidlər xiyabanında dəfn olunub.
Sonra barelyefin açılışı olub, önünə gül dəstələri düzülüb.