SUMQAYITDA UŞAQLAR VƏ YENİYETMƏLƏR ÜÇÜN “ETİMAD TELEFONU” AÇILIR
Bununla əlaqədar, tərəfdaş şəhər Lüdviqshafendən bir qrup ekspert Sumqayıta gəlmişdir. Layihənin əlaqələndiricisi Şəfiqə Hacıəhmədova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, “Etimad telefonu” 1950-ci illərin əvvəllərindən bəri Almaniyada uğurla fəaliyyət göstərir. Ona görə də burada uşaqlar arasında intihar halları, əslində, yoxdur. “Etimad telefonu” uşaqların və yeniyetmələrin psixoloji vəziyyətinin sabitləşməsinə, onların yaşlı insanlarla qarşılıqlı münasibətlərində yaranan psixoloji böhranların, gərginliklərin aradan qaldırılmasına əhəmiyyətli kömək göstərəcəkdir.
Almaniyalı ekspert-mütəxəssislər bir həftə ərzində həmin layihənin təşkili və həyata keçirilməsi şərtlərini, onun texniki və maliyyə təminatını öyrənmişlər.