Süni intellekt bazasının qurucusu onun təhlükəsindən danışıb
Bakı, 2 may, AZƏRTAC
Süni intellekt proqramının əsasını təşkil edən neyroşəbəkənin qurucusu, böyük britaniyalı və kanadalı alim Ceffri Hinton həmin texnologiyanın potensial risklərindən açıq danışmaq üçün 10 ildən çox işlədiyi “Google” kompaniyasından istefa verib.
AZƏRTAC “The New York Times” nəşrinə istinadla xəbər verir ki, kompaniyada maşın təlimi alqoritminin hazırlanması ilə məşğul olan Ceffri Hinton öz kəşfinə görə qismən peşman olsa da, süni intellekt hazırlanmasının qaçılmaz olduğunu deyib.
Mütəxəssisin narahatlığı bu texnologiyanın bəzi sahələrdən işçiləri sıxışdıracağı və yalan informasiya yayacağı ilə bağlıdır.
Bir müddət öncə isə amerikalı milyarder İlon Mask süni intellektin inkişafının bəşəriyyətin məhvi ilə nəticələnə biləcəyi barədə fikir yürütmüşdü. Onun fikrincə, süni intellekt sivilizasiyanı məhv etmək potensialına malikdir, səhv modelləşdirilən təyyarədən və pis yığılan avtomobildən daha təhlükəlidir. İlon Mask hesab edir ki, texnologiyaların inkişafı süni intellektin onu dayandıra bilməyəcək insanların əvəzinə qərar qəbul etməsinə gətirib çıxaracaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:58]
Taylandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]
“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib
- 05.10.2026 [16:31]
Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır
- 05.10.2026 [16:14]
Qazaxıstanda cinayətlərin sayı azalıb
- 05.10.2026 [16:07]