“Sürix” ilə oyunda “Qarabağ” komandası hesabı açıb
Bakı, 19 iyul, AZƏRTAC
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” (Ağdam) - “Sürix” (İsveçrə) oyununda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçın 17-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Kadi Borges fərqlənib - 1:0.
Hazırda birinci hissə davam edir.
Qarşılaşmanı Bosniya və Herseqovinadan olan baş hakim İrfan Peljto idarə edir.
"Qarabağ" birinci təsnifat mərhələsində Polşa "Lex"ini iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb - 0:1;5:1. "Şürix" isə avrokuboklarda mübarizəyə bu mərhələdən başlayacaq.
Cavab oyunu iyulun 27-də İsveçrədə keçiriləcək. “Sürix”i üstələyəcəyi təqdirdə, “Qarabağ” UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Ferentsvaroş” (Macarıstan) - “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Əks halda, Azərbaycan təmsilçisi Avropa Liqasının eyni raundunda “Linfild” (Şimali İrlandiya) - “Budyo Qlimt” (Norveç) cütünün məğlub komandası ilə görüşəcək.