Sürixdə FİFA-nın yeni prezidentini seçəcək konqres başlayıb
Bakı, 26 fevral, AZƏRTAC
Beynəlxalq Futbol Federasiyasının (FİFA) Sürixdə işə başlayan növbədənkənar konqresində qurumun yeni başçısı seçiləcək.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, konqres Sürixin “Hallenstadion” arenasında keçirilir. Prezident seçkilərindən əlavə, konqres təşkilatın idarəetmə strukturunu dəyişdirəcək bir sıra genişmiqyaslı islahatları da qəbul etməlidir.
Konqresdə çıxış edən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax dünya futbolunun gələcəyinin bu seçimdən və qəbul ediləcək qərarlardan asılı olduğunu vurğulayıb. Konqres qurumda islahatlar paketini təsdiqləyib və bir sıra təşkilatı məsələlərə baxıb.
Bir qədər sonra dünya futbol təşkilatının yeni başçısının seçilməsi üçün səsvermə başlayacaq.
Xatırladaq ki, FİFA-nın başçısı postu uğrunda İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn, UEFA-nın baş katibi Canni İnfantino, Asiya Futbol Konfederasiyasının prezidenti şeyx Salman bin İbrahim əl-Xəlifə, FİFA-nın baş katibinin keçmiş müavini fransız Jerom Şampan mübarizə aparırlar. Konqresin gedişində Cənubi afrikalı Tokio Sexvale namizədliyini geri götürdüyünü elan edib. Şeyx Salman bin İbrahim əl-Xəlifə və Canni İnfantino seçkilərin favoriti sayılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]