Suriyanın maliyyə naziri: İyunda Dəməşq qiymətli kağızlar bazarı işini bərpa edəcək
Qahirə, 28 may, AZƏRTAC
Dəməşq qiymətli kağızlar bazarı lazımi araşdırma və prosedurları tamamladıqdan sonra iyunun 2-də yenidən açılacaq.
AZƏRTAC SANA agentliyinə istinadla xəbər verir ki, bunu Suriyanın maliyyə naziri Məhəmməd Yusr Bərniyə deyib.
Nazir bildirib ki, çirkli pulların yuyulmasına və bazarın cinayətkarlıq məqsədləri üçün istismarına qarşı mübarizənin davamlılığını təmin etmək məqsədilə lazımi tədbirlər görülüb. Vurğulanıb ki, birja əməliyyatları hələlik həftənin üç günü keçiriləcək.
Suriyalı nazir əlavə edib ki, Dəməşq qiymətli kağızlar bazarının yenidən açılması iqtisadiyyatı canlandıracaq və maliyyə əməliyyatlarını stimullaşdıracaq. Diqqətə çatdırılıb ki, Suriyada qiymətli kağızlar sektorunda, o cümlədən ticarət sistemi, klirinq, elektron hesablaşmalar, rəqəmsal xidmətlərin inkişafı, investisiya alətlərinin genişləndirilməsi, qiymətli kağızlara tələb və təklifin stimullaşdırılması sahələrində islahatlara artıq başlanılıb.
Qeyd edək ki, Dəməşq qiymətli kağızlar bazarı ötən il fəaliyyətini dayandırıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]