SÜRÜCÜNÜ XƏSTƏXANAYA ÇATDIRA BİLMƏMİŞLƏR
AZƏRTAC xəbər verir ki, İsmayıllı rayonunun Kürdmaşı kəndində ağır yol-nəqliyyat qəzası baş vermişdir. Soltankənd kənd sakini Arif Məhərrəmovun idarə etdiyi, dövlət tanınma nişanı olmayan “QAZ-53” markalı avtomaşın Talıstan kənd sakini Gündüz Əbilova məxsus “VAZ-2107” markalı avtomaşınla toqquşmuşdur. Nəticədə xəsarət almış Gündüz Əbilov xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Faktla bağlı araşdırma aparılır.