Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşa Milli Məclisin komitələrinin birgə iclasına növbəti dəfə ev sahibliyi edib

Bakı, 23 iyun, AZƏRTAC

İyunun 23-də Şuşada Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclası açan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Milli Məclisin komitə iclaslarının Şuşa şəhərində keçirilməsinin tarixi əhəmiyyət daşıdığını və qürurverici olduğunu bildirib. O, bu günləri bizə bəxş edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Ordumuza, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu vurğulayıb və bugünkü iclasın Şuşada keçirilməsinə yaratdığı şəraitə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Tahir Mirkişili iclasın gündəliyinə daxil edilən məsələlər barədə məlumat verib. İlk iki məsələnin “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) və “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) cari büdcənin dürüstləşdiriliməsi ilə bağlı olduğunu qeyd edən komitə sədri hər iki məsələ ilə əlaqədar fikirlərini açıqlayıb. T.Mirkişili təqdim olunan qanun layihələrində dövlət büdcəsində yaranan əlavə gəlirlərin dövlətin qarşısında duran əsas məsələlərin həllinə, xüsusən də işğaldan azad edilmiş ərazilərin bərpa-quruculuq işlərinə yönəldilməsini yüksək dəyərləndirib. Bildirilib ki, dövlət büdcəsində yaranan bu yeni imkanlar müdafiə, təhlükəsizlik, işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin öz yurdlarına qayıtması istiqamətlərində işləri qısa müddət ərzində təmin etməyə imkan verəcək.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov tarixi Azərbaycanın mədəniyyət paytaxtı olan tarixi Şuşa şəhərində olmaqdan keçirdiyi hissləri bölüşüb. O, Azərbaycan şəhidlərinin qanı ilə yoğurulan Şuşa torpağının bizim üçün müqəddəsliyindən, Şuşanın Azərbaycan xalqının tarixində, mədəniyyətində tutduğu yerdən danışıb.

Sonra Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev də komitələrin Şuşada iclasının keçirilməsinin, Azərbaycanın son 12 ilinin ən böyük büdcə artımı ilə bağlı rəsmi qərarların qəbulunun əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, Zəfərimizin və dəmir yumruq kimi birliyimizin rəmzi olan Şuşa şəhərinin xalqımızın həyatında və türk dünyasındakı yeri haqqında fikirlərini səsləndirib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli, deputatlardan Vahid Əhmədov, Vüqar Bayramov, Mahir Abbaszadə, Məzahir Əfəndiyev, Elnur Allahverdiyev, Naqif Həmzəyev, Məşhur Məmmədov, Fatma Yıldırım, Afət Həsənova, Aydın Hüseynov, İltizam Yusifov, Rüfət Quliyev çıxış ediblər.

Deputatlar Milli Məclisin komitələrinin iclas və dinləmələrinin Şuşada keçirilməsinin ənənəyə çevrilməsini əlamətdar hadisə kimi dəyərləndiriblər. Milli Məclisin komitələrinin iclaslarının Şuşa şəhərində keçirilməsinin mənəvi, siyasi əhəmiyyətindən söz açan deputatlar bununla Azərbaycan xalqının və dövlətinin qanunvericilik ənənələrinin Şuşada davam etdirilməsi iradəsinin dünyaya nümayiş etdirildiyini vurğulayıblar.

Gündəliyin ilk iki məsələsi barədə danışan maliyyə nazirinin müavini Azər Bayramov işğaldan azad olunmuş ərazilərimizin bərpasının ikinci ilində bərpa proqramlarını qabaqlayıcı templərlə həyata keçirildiyini diqqətə çatdırıb. O, bu baxımdan əlavə vəsaitlərin ayrılmasının çox önəmli məsələ olduğunu qeyd edib. Mümkün qədər qısa müddət ərzində burada normal həyatın bərpası, insanların yaşayışı üçün lazımi şəraitin yaradılması dövlətin prioritet məsələlərindəndir.

İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib: “Büdcəmiz inkişaf büdcəsidir və növbəti illərdə Qarabağ regionu Azərbaycan iqtisadiyyatının mühüm hissəsi olacaqdır. Büdcədə də məhz Qarabağ regionunun inkişafı üçün əlavə vəsaitin ayrılması nəzərdə tutulub. Artıq Araz vadisi və Ağdam iqtisadi zonaları yaradılıb və Ağdam iqtisadi zonasında ilk rezidentlərimiz də var. Bütün bunlar regionda iş yerlərinin yaradılmasına və zonanın iqtisadi inkişafına müsbət təsir edəcək”.

Sonra çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev şəhid ailələrinə və qazilərə dövlət qayğısından, bu sahədə həyata keçirilən dövlət proqramlarından danışıb. Bildirib ki, bu məsələlər ölkə rəhbərliyinin nəzarəti altındadır, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bu sahədə əlindən gələni etməyə hazırdır.

İclasda çıxış edən Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov yenidən baxılan büdcənin gəlir parametrləri üzrə icra göstəricilərindən danışıb. O diqqətə çatdırıb ki, əldə edilən nailiyyətlər göz önündədir. Onun sözlərinə görə, Hesablama Palatası ölkəmizin dövlət büdcəsinin gəlirləri baxımından öz üzərinə götürdüyü öhdəliklərin icrasını artıqlaması ilə təmin edəcəyinə əmindir.

Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi və “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında iki qanun layihəsi (ikinci oxunuş), “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), Mülki Məcəllədə, Miqrasiya Məcəlləsində, “Yanğın təhlükəsizliyi haqqında”, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Telekommunikasiya haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Pambıqçılıq haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələri də müzakirə olunaraq Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə edilib.

Komitələrin birgə iclasında Milli Məclisin deputatları Anar Məmmədov, İqbal Məmmədov, Əliabbas Salahzadə, Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov, Dövlət Gömrük Komitəsinin baş idarə rəisi Mirqasım Vahabov və digər rəsmi şəxslər də iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib