Taekvando üzrə Azərbaycan yığması Avropa birinciliyində yeddi idmançı ilə təmsil olunacaq
Bakı, 3 aprel, AZƏRTAC
Taekvando üzrə Azərbaycanın yığması Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək 21 yaşlı idmançılar arasında Avropa birinciliyində ölkəmizi təmsil edəcək.
AZƏRTAC xəbər verir ki, Əməkdar Məşqçi Elnur Amanovun rəhbərlik etdiyi komandamız qitə birinciliyinə yeddi idmançı ilə qatılacaq. Bolqarıstana gedəcək heyətdə Fizam Mehdiyev (58 kq), Məmmədalı Quliyev (63 kq), Ələsgər Əliyev (68 kq), Səid Quliyev (74 kq), Paniz Esmaeilpour (46 kq), Gülhanım Yeşildal (53 kq) və Daria Şkurko (67 kq) yer alıblar.
Aprelin 6-da başlanacaq yarış üç gün davam edəcək. Yarışda beynəlxalq dərəcəli hakim Elşad Məmmədov da ölkəmizi təmsil edəcək.
Azərbaycan Taekvando Federasiyasının vitse-prezidenti Nağı Səfərovun rəhbərliyi ilə aprelin 4-də Sofiyaya yollanacaq idmançılarımız aprelin 10-da Vətənə qayıdacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]