TAİLANDDA MİLLİ VƏ BEYNƏLXALQ KİV-LƏRİN İŞİ MƏHDUDLAŞDIRILIB
Hökumətin sərəncamında deyilir: “Ölkənin normal həyata qaytarılması üçün informasiya loyal və konstruktiv tərzdə yayımlanmalıdır”.
Sərəncama əsasən, Tailandın Kommunikasiyalar Nazirliyinə “yeni hərbi hökumətin fəaliyyətinə mane ola bilən yalan məlumatın yayılmasının qarşısını almaq” hüququ verilir.
Tailandda hərbi çevrilişdən sonra ilk saatlarda ölkədə Si-En-En, Bi-Bi-Si və bir sıra digər televiziya kanallarının yayımlanması kəsilmişdir. Yerli KİV-lər isə bildirirlər ki, teleyayım üçün avadanlıq hərbçilərin nəzarəti altındadır.
Ölkənin Baş naziri əvəzi Taksin Cinavatranın istefası elan olunmuşdur. Onun vəzifəsi müvəqqəti olaraq sabiq quru qoşunları komandanı general Sonti Bunyaratkalinə həvalə edilmişdir. Hərbçilər ictimaiyyəti əmin etmişlər ki, Tailand kralına sadiqdirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]