Tailandda Xocalı faciəsinə həsr olunan sənədli film nümayiş etdirilib
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycanın Tailanddakı səfirliyində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC səfir Elçin Bəşirov Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımının Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olduğunu qeyd edib, bu cinayəti törədənlərin cəzalandırılmasının vacibliyini bildirib. O, ötən illər ərzində Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün aparılan məqsədyönlü fəaliyyətdən bəhs edərək xalqımızın Xocalı faciəsini unutmayacağını və şəhidlərimizin əziz xatirəsini daim uca tutacağını vurğulayıb.
Sonra Xocalı şəhidlərinin xatirəsinə həsr edilmiş qısa sənədli film nümayiş etdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]