TAİLANDIN BAŞ NAZİRİ “LİVERPUL” FUTBOL KLUBUNUN ŞƏRİKLİ SAHİBİ OLMUŞDUR
Baş nazir, bəzi məlumatlara görə, 100 milyon dollar dəyərində olan bu əqdlə bağlı məsələləri klubun Banqkoka gəlmiş icraçı direktoru Rik Perri ilə müzakirə etmişdir. Onların danışıqları uğurla başa çatmışdır.
Bundan əvvəl Çinavatın özü iddia edirdi ki, “Liverpul”un səhmlərinin ikinci ən böyük hissəsini almaq üçün vəsaiti özəl sərmayəçilər ayıracaqlar. Lakin Baş nazirin bu iddiasına rəğmən, həmin əqdin bütün dəyərini onun özü də ödəyə bilər. Çünki Çinavat Tailandın ən zəngin adamlarından biridir, bir milyard dollarlıq var-dövlət sahibidir və bunu “Çin” kommunikasiya korporasiyasının direktoru işləyərkən toplamışdır. Bütün bunlara baxmayaraq, Baş nazir “Liverpul” klubunun sahiblərindən biri olaraq, özünün çoxdankı arzusunu – Tailandı dünyanın qabaqcıl futbol dövlətlərindən birinə çevirmək, ölkədə Futbol Akademiyası açmaq və bununla da gəncləri narkotiklərdən və cinayətkarlıqdan yayındırmaq arzusunu həyata keçirə biləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [20:00]
Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyunu başlayıb
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]