“TALE YOLLARI” TELEVERİLİŞİNİN 3 İLLİYİ QEYD EDİLMİŞDİR
Tədbirin başlanğıcında ”Tale yolları” verilişinin müəllifi, aparıcısı, astroloq, şair İlham Mirzəyev keçilən yoldan və qarşıya qoyulan vəzifələrdən danışmışdır. Akademiklər Bəkir Nəbiyev, Budaq Budaqov, kimya elmləri doktoru Vaqif Abbasov, Milli Məclisin deputatı, yazıçı Hüseynbala Mirələmov, əməkdar artist Kübra Əliyeva və başqaları “Tale yolları” verilişinin böyük rəğbət qazandığını qeyd etmişlər. Gecədə xalq artistləri İlhamə Quliyeva, Arif Babayev, Mələkxanım Əyyubova, əməkdar artistlər Nisə Qasımova, Nazpəri Dostəliyeva, müğənnilər Zeynəb Behbudova, Səbinə İlyasova və başqalarının ifasında Azərbaycan xalq mahnıları, muğam və təsniflər, şairlərimizin sözlərinə bəstələnmiş mahnılar, şeirlər səslənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:27]
Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı
- 12.10.2026 [12:02]
Mənsum İbrahimov: Məktəblərdə vahid geyim formasının tətbiqi vacibdir
- 11.10.2026 [23:40]
Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram
- 11.10.2026 [22:22]