“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
Bakı, 24 aprel, AZƏRTAC
Əfqanıstanda hakimiyyətə gələn “Taliban” hərəkatının lideri Heybətullah Axundzadə İŞİD və digər silahlı qruplaşmalarla mübarizə üçün xüsusi bölmənin yaradılması barədə göstəriş verib.
AZƏRTAC “Afghanistan International” portalına istinadla xəbər verir ki, Heybətullah Axundzadə hərbi komissiyaya göndərdiyi məktubda hazırda işsiz qalan döyüşçülərin həmin bölməyə səfərbər edilməsini tapşırıb. Xüsusi bölmə müasir avadanlıqlarla təchiz olunacaq və kəşfiyyat məlumatları əsasında əməliyyatlar həyata keçirəcək.
Əfqanıstan Daxili İşlər Nazirliyi yerli hakimiyyət orqanlarından işsiz “Taliban” üzvlərinin siyahısını hazırlamağı tələb edib. Onlar hərəkatın keçmiş döyüşçülərinin müxtəlif qruplaşmalara qoşulmasından narahatdırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]
İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?
- 10.08.2026 [13:07]
Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib
- 10.08.2026 [13:05]
Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb
- 10.08.2026 [12:49]
Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb
- 10.08.2026 [11:59]
Nijnekamsk şəhərində ölənlərin sayı 12 nəfərə çatıb – YENİLƏNİB
- 10.08.2026 [11:40]