Talış kəndi qazlaşdırılarkən 75-dən çox mina və partlayıcı vasitə aşkarlanıb
Bakı, 30 dekabr, AZƏRTAC
Bu il “Azəriqaz” İB tərəfindən daxili maliyyə resursları hesabına Tərtər rayonunun işğaldan azad olunmuş Talış kəndinə qədər 11,1 kilometr uzunluğunda yeraltı polietilen qaz xətti çəkilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz”ın Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov deyib.
“Biz qaz kəməri boyunca minalanmış ərazilərdən keçməli olduq. Tikinti zamanı həmin ərazilərdə 75-ə yaxın mina və partlayıcı vasitə aşkarlanıb. Orta hesabla biz kəmərin uzunluğunu minanın sayına bölsək, hər 150 metr məsafəyə bir mina düşür. Bu prosesi də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) peşəkarlıqla icra edib. ANAMA tərəfindən “Azəriqaz”a böyük dəstək göstərilib”, - deyə şöbə rəisi qeyd edib.
Teymur Cəfərov bildirib ki, “Azəriqaz” təyin edilmiş ərazini qazlaşdırmaq və vaxtında təhvil verilmək üçün iki növbəli iş rejimi ilə çalışıb və qaz xəttinin çəkilməsi yekunlaşıb.
Onun sözlərinə görə, növbəti il “Azəriqaz”ın əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərdə məskunlaşma planına uyğun olaraq, bərpa olunan yaşayış məntəqələrinə qədər daşıyıcı qaz kəmərlərinin çəkilməsindən ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [21:35]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [20:35]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:30]
Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO
- 15.10.2026 [20:21]
“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib
- 15.10.2026 [19:52]