TANINMIŞ KİNO USTASININ XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR
Kinoşünas Aydın Kazımzadə tədbirdə görkəmli sənətkarın həyat və yaradıcılığından ətraflı söz açaraq bildirmişdir ki, o, daha çox cəsarətli operator kimi tanınmış, ən çətin anlarda belə kameranın arxasından çəkilməmişdir. Bədii filmlər çəksə də, sənədli filmlərə daha çox meyil göstərmişdir. O, Roman Karmenin rejissoru olduğu “Xəzər neftçiləri haqqında dastan”, “Dənizi fəth edənlər” filmlərinin operatoru (S.Medinski ilə birgə) olmuşdur. Bu kinolentlər indi də sənədli kinopublisistikanın dəyərli nümunələri hesab edilir.
Böyük Vətən müharibəsi illərində Mərkəzi Sənədli Filmlər Studiyasının operator qrupunda olarkən həmyerlimiz “416”, “Xəzərlilər”, “Əbədi odlar diyarı” filmlərini çəkmişdir. “Bakı Kinostudiyası”nda 12 sənədli və iki bədii (“Görüş” və “Mahnı belə yaranır”) filmin operatoru olmuşdur.
Uzun müddət onunla çiyin-çiyinə işləmiş kinooperator Fərəməz Məmmədov həmkarının insani keyfiyyətlərindən danışmış, onunla bağlı xatirələrini söyləmişdir.
Axırda “Dənizi fəth edənlər” filmi nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [23:24]
Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO
- 05.06.2026 [22:40]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [21:00]
Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO
- 05.06.2026 [19:35]