Tarix Muzeyi əməkdaşının məqaləsi beynəlxalq simpoziumun materiallarında dərc olunub
Bakı, 6 iyun, AZƏRTAC
Türkiyənin Samsun şəhərində onlayn formatda keçirilmiş “Anadan olmasının 140-cı ilində Atatürk" mövzusunda beynəlxalq simpoziumun materialları çap olunub. Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Əli Fərhadovun “Mirzə Fətəli Axundzadədən Mustafa Kamal Atatürkə: türk-islam dünyasında dünyəvilik prosesinə tarixi baxış” adlı məqaləsi topluda yer alıb.
Muzeydən AZƏRTAC-a bildirilib ki, məqalədə qeyd olunan dövrdə Azərbaycan, İran və Türkiyədə maarifçilik, dini xurafat və mövhumata, monarxiyaya qarşı mübarizədən bəhs olunub, həmçinin M.Ə.Rəsulzadənin və M.K.Atatürkün bölgədə dünyəvi dövlətçiliyin qurulması prosesindəki rəhbər rolları haqqında məlumat verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:32]
Azərbaycanda vahid məktəbli geyimi VİDEO
- 13.10.2026 [19:09]
AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir
- 13.10.2026 [18:12]
BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb
- 13.10.2026 [17:35]
BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir
- 13.10.2026 [17:33]