Tarix Muzeyinin əməkdaşı beynəlxalq simpoziumda məruzə ilə çıxış edib
Bakı, 12 mart, AZƏRTAC
Türkiyənin Şanlıurfa şəhərində “Qəbul edilməsinin 100-cü ilində İstiqlal Marşı və milli şairimiz Məhməd Akif Ərsoy" adlı beynəlxalq simpozium keçirilir. Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Əli Fərhadov “İslam dünyasında islamçılıq və islam birliyi proseslərinə baxış: Cəmaləddin Əfqani və Məhməd Akif Ərsoy nümunəsi” adlı məruzə ilə tədbirdə onlayn formatda çıxış edib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, Ə.Fərhadov adları qeyd olunan mütəfəkkirlərin timsalında XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan, İran və Türkiyədəki dini proseslər haqqında məlumat verib.
Simpoziumun materialları nəşr ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:23]
Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB
- 07.10.2026 [14:11]
BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib
- 07.10.2026 [12:30]
Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”
- 07.10.2026 [11:41]