“Taxıl sazişi” dayandırıldıqdan sonra Odessa limanından ilk gəmi yola düşüb
Kiyev, 16 avqust, AZƏRTAC
Avqustun 16-da Odessa limanından “Joseph Schulte” konteynerdaşıyan yola düşüb. Bu, Rusiya “Taxıl sazişi”ndən çıxdıqdan sonra açılan müvəqqəti nəqliyyat dəhlizindən istifadə edən ilk mülki gəmidir.
AZƏRTAC bu barədə Ukraynanın icmaların, ərazilərin və infrastrukturun inkişaf naziri Aleksandr Kubrakovun feysbuk səhifəsinə istinadla xəbər verir.
“2022-ci il fevralın 23-dən bəri Odessa limanında olan konteynerdaşıyan Voronsovsk mayakı hüdudlarından kənara çıxaraq Bosfora kurs götürüb. Göyərtədə 30 min tondan çox (2114 konteyner) yük, o cümlədən ərzaq var”, - deyə Kubrakov yazıb.
Qeyd olunur ki, müharibə başlayan anda Ukraynanın Çernomorsk, Odessa və Yujnı limanlarında yerləşən gəmilərin təxliyəsi üçün dəhlizdən istifadə ediləcək.
Nazir vurğulayıb ki, Ukrayna bu marşrutu Beynəlxalq Dəniz Təşkilatına (IMO) öz müraciətində təklif edib.
“IMO şurası Ukraynanın müstəqil ticarət gəmiçiliyinə olan beynəlxalq hüququnu tanıyır və Rusiyanı hər hansı təhdidləri dayandırmağa və beynəlxalq konvensiyaya riayət etməyə çağırır”, - deyə A.Kubrakov qeyd edib.
“Taxıl sazişi” çərçivəsində Odessa limanından gəmi sonuncu dəfə iyulun 16-da çıxıb.
Xatırladaq ki, Rusiya “Taxıl sazişi”ndən çıxmasını guya sazişin tələblərinin yerinə yetirilməməsi ilə əlaqələndirib. Bununla yanaşı, rusiyalı hərbçilər Odessanı atəşə tutmağa, limana və liman infrastrukturuna hücum etməyə başlayıblar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]
“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi
- 11.06.2026 [11:30]
“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək
- 11.06.2026 [11:29]
Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb
- 11.06.2026 [11:15]
Donald Tramp: İnflyasiyanı bəyənirəm
- 11.06.2026 [11:07]
Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq
Teatr sənətinin vurğunu
- [11:14]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]