TBİLİSİDƏ 22 MİN EV QƏZA VƏZİYYƏTİNDƏDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dörd il öncə Tbilisi şəhərində baş vermiş zəlzələ nəticəsində 22 min ev qəza vəziyyətinə düşmüşdür. Onların əksəriyyəti qədim tikililərdir.
Mütəxəssislərin rəyincə, qəza vəziyyətində olan evlərdən 18 mini yaşayış üçün təhlükəlidir, 4 min evdə isə yaşamaq olmaz. Azca titrəyiş onları yerlə-yeksan edər.