Tbilisidə GUAM xarici işlər nazirlərinin görüşü başlayıb
Tbilisi, 8 oktyabr, AZƏRTAC
Oktyabrın 8-də Tbilisidə GUAM xarici işlər nazirlərinin görüşü başlayıb.
AZƏRTAC xəbər verir ki, GUAM-ın yaradılmasının 20-ci ildönümünə həsr olunan görüşdə təşkilat daxilində əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, beynəlxalq əməkdaşlıq və s. məsələlər müzakirə olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi