TBİLİSİDƏ GÜRCÜSTAN AZƏRBAYCANLILARI KONQRESİ GƏNCLƏR TƏŞKİLATININ TƏSİS KONFRANSI KEÇİRİLMİŞDİR
Bakı, 18 mart (AZƏRTAC). Martın 17-də Tbilisidə Gürcüstan Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının təsis konfransı keçirilmişdir.
Tədbirdə gənclərin problemləri müzakirə edilmiş, onların həlli yolları araşdırılmış, eləcə də bu ölkədəki gənclərimizin fəallığını artırmaq istiqamətində fikir mübadiləsi aparılmışdır.
Konfransda apreldə keçiriləcək Gürcüstandakı gənclərin birinci qurultayına nümayəndələr seçilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, may ayında Avropadakı gənc azərbaycanlıların toplantısı da təşkil ediləcəkdir. Bu tədbirlər Bakıda keçirilməsi nəzərdə tutulan Dünya Azərbaycanlıları Gənclərinin Forumuna hazırlıq məqsədi daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]