Tbilisinin Sanzona qəsəbəsində evlərin birinə ildırım düşüb
Tbilisi, 6 iyun, AZƏRTAC
Tbilisinin Sanzona qəsəbəsində evə ildırım düşüb.
AZƏRTAC xəbər verir ki, nəticədə evin dam örtüyü yanıb, bəzi evlərə ciddi ziyan dəyib. Xəsarət alan olmayıb.
Sonra güclü leysan yağıb. Küçə və prospektlərdə avtomobillərin hərəkətində problemlər yaranıb. Bəzi evlərin birinci mərtəbələri və zirzəmiləri su ilə dolub.
Bundan bir qədər sonra Tbilisi yaxınlığında zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar 20:15-də Ninoçminda şəhərindən 25 kilometr aralıda Sameba kəndi ərazisində, 3 bal gücündə olub.
Ölkənin digər bölgələrində də leysan yağışları fəsadlar törədib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]
ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]