TDT ölkələrinin ekologiya nazirləri Astanada RES 2026 çərçivəsində görüşəcəklər
Astana, 22 aprel, AZƏRTAC
Astanada Regional Ekoloji Sammit (RES 2026) çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ekologiya və iqlim məsələləri üzrə nazirlərinin ikinci görüşü keçiriləcək.
AZƏRTAC xəbər verir ki, qapalı iclas əsas ekoloji siyasət məsələlərinin, iqlim dəyişikliyinə uyğunlaşmanın və təbii resurslardan səmərəli istifadənin müzakirəsi üçün üzv və müşahidəçi ölkələrin nümayəndələrini bir araya gətirəcək.
Görüşdə regional əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsi və ortaq həllərin hazırlanması diqqət mərkəzində olacaq.
Qeyd edək ki, Regional Ekoloji Sammit aprelin 22-dən 24-dək keçiriləcək.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [13:04]
Sabahın hava proqnozu açıqlanıb
- 05.06.2026 [19:15]
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO
- 05.06.2026 [19:05]
Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək
- 05.06.2026 [18:50]