TEATR FESTİVALI KEÇİRİLƏCƏKDİR
Tamaşalar “İbrus” teatrının səhnəsində, festivalın adına uyğun olaraq, xüsusi dekorasiyalar olmamaqla nümayiş etdiriləcəkdir.
Səkkiz gün ərzində əcnəbi dramaturqlar Y.Olbri, A.P.Çexov, F.Tarinti, İ.Höte, Ç.Aytmatov, N.Bastani, C.Hanian və N.V.Qoqolun, on yerli müəllifin əsərlərinə səhnə təcəssümü veriləcək, onların arasından mükafata layiq olanları seçiləcəkdir.
Festivalın təşəbbüsçüsü və təşkilat komitəsinin sədri, Teatr Xadimləri İttifaqı sədrinin müavini, əməkdar artist Rafiq Mərdinli (Əliyev) bildirmişdir ki, münsiflər heyəti, əsasən, xarici ölkə səfirliklərinin mədəniyyət üzrə nümayəndəliklərinin əməkdaşlarından təşkil olunacaqdır və onların rəyi üstün tutulacaqdır.
Festivalın bədii rəhbəri Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Neymətovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:18]
Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi
- 07.10.2026 [17:07]
Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək
- 07.10.2026 [16:27]
İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir
- 07.10.2026 [15:34]