Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Təbabətin aktual problemləri-2023” mövzusunda beynəlxalq elmi praktik konqres işə başlayıb

Bakı, 3 may, AZƏRTAC

Mayın 3-də Azərbaycan Tibb Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri-2023” mövzusunda beynəlxalq elmi praktik konqres işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konqresin açılışında iştirak edən səhiyyə naziri Teymur Musayev Heydər Əliyev kimi bir dühanın bir əsrlik yubileyinin bütün ölkəmiz və xalqımız üçün çox əlamətdar olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycanın bugünkü inkişafının, böyük Zəfərimizi şərtləndirən qüdrətinin təməlində məhz Ulu Öndərin tərəqqimizi təmin edən siyasi kursu, düşünülmüş və gələcəyə hesablanmış əməli addımları dayanır. Həm respublikaya birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə, həm SSRİ-nin ali hakimiyyət orqanlarında təmsil olunduğu dövrdə, həm də müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyətində Heydər Əliyev Vətənimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişə xidmət edib, onun tərəqqisi üçün var qüvvəsi ilə çalışıb.

Bildirilib ki, 1969-cu ilin iyul ayından etibarən Ulu Öndərin Azərbaycana birinci rəhbərliyi dövründə respublikamızda bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də əsaslı dönüş yarandı. Belə ki, 1960-cı illərdə Azərbaycan səhiyyəsində maddi-texniki bazanın zəifliyi, kadr çatışmazlığı, ana və uşaq sağlamlığının qorunması, bir sıra infeksion xəstəliklər üzrə yaranmış vəziyyət öz həllini gözləyən problemlər idi. Səciyyəvidir ki, artıq 1969-cu ildə məhz Ulu Öndərin təşəbbüsü ilə bu problemlərin həlli üçün Azərbaycan Respublikası Ali Soveti tərəfindən “Sağlamlıq Məcəlləsi” adlı sənəd qəbul edildi. Həmin Məcəllə fəaliyyət planı olaraq səhiyyənin inkişaf istiqamətlərini müəyyən etdi, gələcək nailiyyətlərin bünövrəsində dayandı. Səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Heydər Əliyevin göstərişi ilə səhiyyə ocaqlarının yenidən qurulması, yeni tibb müəssisələrinin tikilməsi üzrə irimiqyaslı layihələr həyata keçirildi. O cümlədən yararsız binalarda yerləşən tibb müəssisələri üçün yeni binalar inşa edildi. Uroloji Kliniki Xəstəxana, neyrocərrahiyyə, toksikologiya, yanıq mərkəzləri, yeni poliklinikalar istifadəyə verildi. Elmi-Tədqiqat Oftalmologiya və Onkologiya İnstitutları üçün yeni binaların tikintisinə başlandı. Kadr çatışmazlığı problemini həll etmək, ölkə səhiyyəsini yüksəkixtisaslı kadrlarla təmin etmək məqsədilə həkimlərin və təbabət alimlərinin hazırlığı yüksək vüsət aldı, yeni elmi mərkəzlər açıldı, təbabət üzrə elmi-tədqiqat institutlarının fəaliyyəti canlandırıldı. Respublikada tibb təhsilindən əlavə, Ümummilli Liderin təşəbbüsü ilə perspektivli gənclər SSRİ-nin qabaqcıl ali təhsil ocaqlarında oxumağa göndərildilər. Eyni zamanda, tibb elminin inkişafı, gənc azərbaycanlı alimlərin İttifaq səviyyəli tibb ocaqlarında elmi-tədqiqatlar aparması üçün aspiranturaya da göndərişlər verildi.

"1993-cü ildə Ümummilli Lider müstəqilliyini yenicə bərpa etmiş ölkəmizə geri dönəndə, xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdanda Vətənimiz və səhiyyəmiz çətin dövr yaşayırdı. Xarici təcavüz, iqtisadi tənəzzül, siyasi hərc-mərclik, qaçqın və məcburi köçkünlərin problemi bir çox sahələr kimi, səhiyyəni də ağır duruma salmışdı. Belə bir şəraitdə Heydər Əliyev ölkə səhiyyəsində də pərakəndəliyin, dağıntıların qarşısını ala bildi, əhalinin sağlamlığının qorunması üzrə bir neçə istiqamətdə fəaliyyətə başladı və bunların hər birində uğurlar əldə etdi. Beləliklə, əminliklə deyə bilərik ki, ölkəmizin ictimai həyatının bütün sahələrində olduğu kimi, səhiyyə sahəsində də həyata keçirilən islahatlar, inkişaf və tərəqqi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycanın özü ilə birlikdə, onun səhiyyə sisteminin də xilaskarına çevrildi. Səhiyyəmizin inkişafı yolunda Ümummilli Liderin xalqının hər bir nümayəndəsinin gələcəyini düşünərək gördüyü işlər öz dəyəri, böyüklüyü ilə əvəzsizdir.

Ümummilli Lider Heydər Əliyevin əhalinin sağlamlığının qorunması üzrə müəyyənləşdirdiyi kurs bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahədə fəaliyyəti sayəsində Azərbaycan səhiyyəsi son 20 il ərzində böyük inkişaf yolu keçib. Əhalinin sağlamlıq göstəricilərində müsbət dinamika görülən işlərin uğurlu nəticəsidir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da daim səhiyyəmizin hamisi kimi çıxış edir. Mehriban xanımın ölkə səhiyyəsinə himayədarlığı, insanların sağlamlığına diqqət və qayğısı, birbaşa təşəbbüskarı olduğu layihələr xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bu isə o deməkdir ki, dahi Heydər Əliyevin irsi bu gün də yaşayır, Azərbaycanın səhiyyə sisteminin yeni nailiyyətlərinin istiqamətvericisinə çevrilir. Onun əziz xatirəsi daim yollarımıza işıq saçır, bizi yeni uğurların təntənəsinə aparır", - deyə T.Musayev çıxışına yekun vurub.

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli bütün həyatını doğma xalqına həsr edən, Vətənə, millətə sədaqətlə, ləyaqətlə xidmət göstərən Ulu Öndərin adının bəşər tarixinə qızıl hərflərlə yazıldığını deyib. Qeyd olunub ki, istər sovetlər dövründə, istərsə də müstəqillik bərpa edildikdən sonrakı müddətdə Azərbaycan üçün ən həlledici anlarda məhz Ulu Öndərin liderlik keyfiyyətləri, müdrikliyi, cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas edib. Bildirilib ki, Ulu Öndər xalqımızın sağlamlığının keşiyində duran həkimlərin cəmiyyətdə rolunu daim vurğulayıb. Heydər Əliyev tibb təhsili, tibb elmi və səhiyyənin inkişafının bir-birindən ayrılmaz olduğunu, hamısının bir məqsədə - sağlam gələcək nəslin yetişməsinə xidmət etdiyini xüsusilə qeyd edirdi. Ulu Öndərin Azərbaycana rəhbərliyi illərində respublikada həkim kadrların və təbabət alimlərinin hazırlığına böyük diqqət yetirildi, mövcud səhiyyə ocaqları abadlaşdırıldı, yeni tibb müəssisələri və elmi mərkəzlər açıldı, elmi-tədqiqat institutlarının fəaliyyəti canlandırıldı. Heydər Əliyev Azərbaycanda ilk ali tibb təhsili ocağı olan Azərbaycan Tibb Universitetinə də hər zaman diqqət və qayğı ilə yanaşıb. Fərəhli haldır ki, Ulu Öndər 1998 və 2000-ci illərdə Azərbaycan Tibb Universitetində olub. O, hər gəlişində geniş nitq söyləyərək həm tələbə, həm professor-müəllim heyətinə, həm də bütövlükdə bütün səhiyyə işçilərinə dəyərli tövsiyələrini verirdi. 2002-ci ildə isə Heydər Əliyevin göstərişi ilə Azərbaycan Tibb Universitetinin ilk olan Stomatoloji Klinikasının yaradılması haqqında Qərar qəbul olundu. Məhz Ümummilli Liderin göstərişi ilə universitetin nəzdində hərbi tibb fakültəsi yaradıldı. Həmin fakültənin məzunları 44 günlük Vətən müharibəsində əvəzolunmaz xidmətləri ilə fərqləndilər.

Konqresdə, həmçinin Türkiyənin İnönü Universitetinin Qaraciyər Transplantasiyası İnstitutunun direktoru, professor Sezai Yılmaz, Beynəlxalq Tibb Təhsili Konfransının prezidenti, professor Ajar Raşid, Rusiya Terapevtlərinin Elmi Tibbi Cəmiyyətinin prezidenti, akademik Anatoli Martınov, Stenford Universitetinin Lusile Pakkard Uşaq xəstəxanasının təmsilçisi dosent Teymur Nəsirov və digərləri çıxış ediblər. Natiqlər qeyd ediblər ki, ölkənin səhiyyə sisteminin müasir və beynəlxalq çağırışlar fonunda inkişaf etdirilməsi Ümummilli Lider Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən olub.

Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.

“Təbabətin aktual problemləri - 2023” mövzusunda beynəlxalq elmi-praktik konqres öz işini plenar sessiyalarla davam etdirib.

Qeyd edək ki, tədbirdə Türkiyə, Pakistan, Rusiya, ABŞ və digər ölkələrdən qonaqlar iştirak edirlər.

Konqresin işinə mayın 6-da yekun vurulacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir

Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır

® “Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir Azercell ilə oyna, yarış, qazan!

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib

Azərbaycan millisinin fransalı məşqçisi: Hidayət Heydərov xüsusi xarakterə malik cüdoçudur

® “Kapital Bank” nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Professor: Müəllimlik və alimlik şəxsiyyətin yetişməsində qoşa qanad rolunu oynayır

Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur

Nazir: Aqrar istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq hədəfimizdir

Hesabat: Yaxın Şərqdən neft ixracı sentyabrın son həftəsində İran müharibəsindən əvvəlki səviyyəni üstələyib

Avro son 17 ayın ən aşağı səviyyəsinə enib

İvan Muşket: Parlamentarizm Azərbaycan tarixinin müxtəlif mərhələlərində cəmiyyətin və dövlətin inkişafına təsir göstərib

Məcnun Məmmədov: Əsas hədəfimiz daha məhsuldar kənd təsərrüfatı sistemi formalaşdırmaqdır

Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb

Müəllim: Hər məktəbdə yanan işıq Azərbaycanın gələcəyidir

Dövlət Xidməti: 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prokurorluq orqanlarına göndərilib

Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

Bu gün Azərbaycanın əsas vəzifələrindən biri əldə edilmiş tarixi nəticələri davamlı inkişafla möhkəmləndirməkdir

“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb

Müəllim: Şagirdlərimin illər sonra məni xatırlaması ən böyük qazancımdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 5 oktyabr

Azərbaycan şirkətləri “INNOPROM. Belarus” sərgisində təmsil olunub

Fərdi yanaşma, müstəqil düşüncə və düzgün qiymətləndirmə - elmə gedən yol

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Ortakənd” qızıl yatağında 2029-cu ildə istehsala başlanması planlaşdırılır

Akademik Arif Həşimov haqqında biblioqrafik göstərici nəşr olunub

Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir

AMEA-nın müxbir üzvü: Alim müəllim yetişdirir, müəllim isə gələcəyin alimini

Nazir: Ağdamın kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar formalaşır

Azərbaycan Türkiyədəki Beynəlxalq Astronavtika Konqresində geniş təmsil olunur

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirə başlayıb

Ramin Rzayev: Azərbaycan qadınları tarix boyu cəmiyyətimizin inkişafında mühüm rol oynayıb

Gülnar Rzayeva: Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil

AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək

Beynəlxalq Müəllimlər Günü münasibətilə akademik Cəlal Əliyevin məzarı ziyarət edilib

Müharibənin izləri: “Naxçıvan Qaziləri” İctimai Birliyinin Şəhidlər guşəsindən REPORTAJ

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb

“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir

Tarix müəllimi: Şagirdlərə keçmişlə bu gün arasındakı əlaqəni göstəririk

İspaniyada növbədənkənar parlament seçkiləri noyabrın 29-da keçiriləcək

Ulu Öndər Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol – ŞƏRH

“Fars” agentliyi”: Sistan-Bəlucistan əyalətində İranın iki polis zabiti öldürülüb

Bir sıra qanunlarda dəyişiklik edilir

Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir

Mütəxəssis: Qripdən sonra bakterial pnevmoniya inkişaf edə bilər

Nazir: Milli kimliyin və dəyərlərin qorunmasında hər bir təhsil işçisinin öz payı var

“Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfrans

Gələn il Aİ və Norveçdə paylama şəbəkələrinə investisiyaların 48 milyard avroya çatacağı gözlənilir

Emin Əmrullayev: Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilmərik

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir

Çin alimləri 8 min ildən çox əvvəl yaşamış insanın üz cizgilərini bərpa ediblər

“E-müqavilə” altsistemində satınalma müqavilələri üzrə icra təminatının elektron təqdim edilməsi imkanı yaradılıb

Yuxarı Fransa regionu kiberhücuma məruz qalıb

Professor Elşad Qurbanov: Mən tələbələrimdən çox şey öyrənmişəm

Emin Əmrullayev: İbtidai təhsildə əsaslı dəyişiklik olmadan sonrakı mərhələlərdə ciddi irəliləyiş çətindir

COVID-19-a qarşı yaranan immunitet digər yarasa koronaviruslarından qorunmağa kömək edə bilər – ARAŞDIRMA

İqtisadi müstəqillik Azərbaycanın dövlət suverenliyinin mühüm dayağıdır - ŞƏRH

Azərbaycanla Kanada arasında qurulan körpülər: Torontodakı “Azərbaycan Evi”nin rəhbəri ilə MÜSAHİBƏ

® Qlobal “IE Biznes Məktəbi” ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirib

Yeni qanunla kimlər pulsuz hüquqi yardım ala biləcək? - LAYİHƏ

“Etender.gov.az” portalında sənədlərin “SİMA İmza” ilə imzalanması imkanı yaradılıb

Nazir: Məktəbəqədər təhsilə cəlb olunan uşaqların nəticələri daha yüksəkdir

Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb

Professor Tarix Dostiyev: Universitetdə uğurlu tədris elmi-tədqiqatla təhsildə keyfiyyətin vəhdətini tələb edir

Daşkəndin yeni aeroportu Özbəkistanın inkişafının rəmzi olacaq

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlanıb

Aktau limanında Orta Dəhliz üzrə daşımaların 30 faizədək artırılması gözlənilir

Emin Əmrullayev: Məktəbdə ən vacib müzakirə mövzusu şagirdin öyrənib-öyrənməməsi olmalıdır

Akademik İradə Hüseynova: Müəllimin ən böyük mükafatı onun tələbəsinin uğurudur

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq

Nazir: Təhsilin əlçatan, keyfiyyətli olması və hər bir vətəndaş üçün bərabər imkanlar yaratması əsas hədəflərimizdəndir

Konqoda Ebola virusuna yoluxanların sayı 8376-ya çatıb

ABŞ Britaniyadakı hərbi bazadan bombardmançı təyyarələrini çıxarıb

Son iki gündə 60 cinayətin açılması təmin olunub

Adilə Əliyeva: Təhsildə innovativ yanaşmaların tətbiqi xüsusi əhəmiyyət daşıyır

Fransanın iqtisadiyyat naziri 2027-ci il büdcəsində şirkətlər üçün 10 milyard avroluq yük nəzərdə tutur

Bəxtiyar Aslanbəyli: AÇG üzrə indiyədək bütövlükdə 47 milyard dollar əsaslı investisiyalar qoyulub – EKSKLÜZİV VİDEO

Bəxtiyar Aslanbəyli: AÇG üzrə indiyədək bütövlükdə 47 milyard dollar əsaslı investisiyalar qoyulub – EKSKLÜZİV VİDEO

Rektor: Gələcəyin təhsil sistemi texnoloji baxımdan müasir olmalı, eyni zamanda, humanist mahiyyətini qorumalıdır

Səudiyyə Ərəbistanı və BƏƏ Asiya ölkələrinin neft ehtiyatlarını artırmalarına dəstək olacaq

® “PAŞA Holding” fermerlərin imkanlarının genişləndirilməsinə dəstəyini davam etdirir

BMT-nin Ümumdünya Kosmos Həftəsi keçirilir

Fransada şagirdlərin etirazları davam edir: bir çox məktəblərdə dərslər dayandırılıb

J.F.Əliyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

III Beynəlxalq Xankəndi Ultramarafonunda 5 ölkədən 100 atletin iştirakı gözlənilir