TƏBİİ FƏLAKƏT NƏTİCƏSİNDƏ DƏMİR YOLUNUN QAX-BALAKƏN SAHƏSİNDƏ QATARLARIN HƏRƏKƏTİ DAYANDIRILMIŞDIR
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) mətbuat xidmətindən verilən məlumata görə, daşqın nəticəsində mayın 30-da səhər saat 9.40-da Qax-Balakən sahəsində qatarların hərəkəti dayandırılmışdır.
656-664/655-663 nömrəli Bakı-Köçərli-Balakən sərnişin qatarı Qax stansiyasınadək hərəkət edir.
Balakəndən Bakıya gəlmək üçün bilet almış sərnişinlərə məlumat verilmişdir ki, minik Qax stansiyasında olacaqdır.
Bakıdan yola düşən Bakı-Köçərli-Balakən sərnişin qatarına biletlər Qax stansiyasına kimi satılır.
Hadisə yerində QSC-in infrastruktur departamentinin əməkdaşları çalışırlar. Bərpa işlərinə hazırlıq məqsədi ilə texnika və karxanalardan 9 vaqona ballast, çınqıl yüklənərək hadisə yerinə aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [13:04]
Sabahın hava proqnozu açıqlanıb
- 05.06.2026 [19:15]
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO
- 05.06.2026 [19:05]