TƏBİİ FƏLAKƏT ZONASINDA TƏHLÜKƏ GETDİKCƏ SOVUŞUR
İmişli, 26 may (AZƏRTAC). Təbii fəlakət zonasında təhlükə getdikcə sovuşur.
Bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov jurnalistlərə müsahibəsində demişdir.
Nazirin sözlərinə görə, mütəxəssislər hesab edirlər ki, təhlükə getdikcə sovuşur. Lakin bəzən gözlənilmədən bəndlərin aşağı hissələrindən su sızmaları baş verir. Bütün hallarda xidmət sahələri, nazirliklər, bu işə cəlb olunmuş idarə və təşkilatlar çox mütəşəkkil işləyirlər.
Ramil Usubov demişdir ki, Kür boyu ərazilərdə daşqın suları basmış rayonlarda görülən işlər Prezident İlham Əliyevin nəzarəti altındadır. İki-üç gün ərzində nəzərəçarpacaq müsbət nəticələr əldə etmək mümkün olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:15]
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO
- 05.06.2026 [19:05]
Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək
- 05.06.2026 [18:50]