TƏBİİ SƏRVƏTLƏR XALQIMIZIN İNKİŞAFINA XİDMƏT EDİR
AZƏRTAC-ın verdiyi xəbərə görə, Azərbaycan Prezidenti İlham Əliyev regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının 2-ci ilinə həsr olunmuş konfransda bildirmişdir ki, 2006-cı ildə ölkəmizin gələcəyini müəyyən edən iki nəhəng enerji layihəsi - Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tamamlanacaqdır.
Dövlət başçısı xüsusi vurğulamışdır ki, bu kəmərlər uzun illər Azərbaycana xidmət edəcək, ölkəmizi zənginləşdirəcək, çox güclü maliyyə resursu bazası yaradacaqdır. Bizə nəsib olmuş bu böyük sərvət Azərbaycanın inkişafına yönəldiləcəkdir.