Təbrizdə nəşr olunan nüfuzlu “Azərbaycan” qəzetində Xocalı faciəsi barədə yazı dərc edilmişdir
Tehran, 3 mart (AZƏRTAC). Təbrizdə ən böyük tirajla nəşr olunan nüfuzlu “Azərbaycan” qəzetində Xocalı faciəsi barədə material dərc edilmişdir.
“Qarabağın Xocalı hadisəsində həlak olanların anma mərasimi” başlıqlı yazıda 2011-ci il fevralın 26-də Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önündə keçirilmiş anma mərasimindən bəhs edilir. Məlumatda deyilir ki, Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı Xocalı şəhidlərinin əziz xatirəsini ehtiramla yad etmişdir.
Yazıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımının nəticələrindən bəhs edilir. Farsdilli oxuculara məlumat verilir ki, ermənilər dinc əhaliyə qarşı misli görünməmiş divan tutmuşlar. Nəticədə 613 nəfər amansızlıqla qətlə yetirilmiş, minlərlə insan yaralanmışdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]