Azərbaycan Dövlət İnformasiya Agentliyi

Təcavüzkar Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları 20 Yanvar hadisələrinin təməlini təşkil edir

Təcavüzkar Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları 20 Yanvar hadisələrinin təməlini təşkil edir

Ankara, 22 yanvar, AZƏRTAC

Azərbaycan xalqının dövlətçilik tarixində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə paytaxt Bakıda və ölkənin digər bölgələrində sovet qoşunlarının törətdikləri qanlı hərbi cinayət özünəməxsusluğu ilə seçilir. Qeyd olunan fərqi yaradan səbəb belə bir ağır və qanlı cinayətin müasir dövrdə baş verməsidir. Digər məsələ isə məhz sovet qoşunlarının sovet insanlarına (sovet Azərbaycanına) qarşı vəhşi cinayət törətməsi ilə xarakterizə olunur. Bu hadisənin ssenarisinin hazırlanması, cinayətin törədilməsi və ona haqq qazandırılması cəhdləri heç bir siyasi məntiqə sığmayan, siyasi əxlaqa və mənəviyyata uyğun olmayan riyakarlıq idi. Ən dəhşətlisi isə o idi ki, Bakıya daxil olan ordu birləşmələrinin tərkibindəki partizanlar - məqsədyönlü səfərbərliklə toplanmış əsgər briqadaları qadağan olunmuş güllələrdən istifadə etməklə əhaliyə qarşı amansızlıq nümayiş etdiriblər. Bakının işğalında iştirak edən hərbi briqadaların əsas tərkibi Rusiyanın Stavropol və Krasnodar vilayətlərindən səfərbərliyə alınan erməni əsilli partizanlardan ibarət idi. Rəsmi Kreml isə Bakıya qoşun yeridilməsini müxtəlif bəhanələrlə əsaslandırmağa və xüsusi qəddarlıqla törədilmiş qanlı hadisəyə haqq qazandırmağa çalışırdı. Çoxsaylı şahidlərin müsahibə və ifadələri, təkzibolunmaz faktlar, minlərlə fotoşəkillər, dəhşət saçan videomateriallar, jurnalist yazıları və digər sübutlar isə saxta kommunist ideologiyasını və sovet ordusunun əməllərini ifşa etdi. 20 Yanvar faciəsinin törədilməsinin siyasi tərəflərinin təhlilinə keçməzdən əvvəl bu qanlı cinayətin xüsusi ssenari əsasında həyata keçirilməsinə dair bəzi məqamlara diqqət edək. Yanvarın 15-dən (1990) başlayaraq əhali arasında əsas müzakirə mövzusu Bakıya qoşun yeridilib-yeridilməyəcəyi ilə bağlı söhbətlər idi. Sözsüz ki, hər kəs öz mülahizələri ilə danışırdı. Tbilisi və Vilnüsdəki qanlı cinayətlərdən sonra sovet ordusunun növbəti dəfə sovet insanına qarşı cinayət törədəcəyinə inanmaq istəməyənlər də var idi. Lakin Bakıya qoşun yeridildi və qan töküldü.

Bakıya qoşun yeridilməsi məqsədyönlü plan kimi

Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları bölgəni gərginlik ocağına çevirmişdi. Azərbaycan xalqının haqlı narazılığı eşidilmirdi. Qorbaçov başda olmaqla keçmiş SSRİ-nin sonuncu rəhbərliyinin Ermənistanı bu və ya digər formada dəstəkləməsi gərginliyi daha da artırırdı. 20 Yanvar hadisələrin əsl səbəbləri sadaladığımız bu acı gerçəklər idi.

Beləliklə, Bakının işğalı üçün yazılmış ssenarinin baş tutması üçün aşağıdakı “zəruri tədbirlər” həyata keçirilmişdi:

-Bakıda ictimai asayişin qorunması istiqamətində zəruri tədbirlər görülməmişdi;

-teleradio şirkətinin enerji bloku partladılmış və əhali informasiya blokadasına alınmışdı;

-fövqəladə vəziyyətlə bağlı əhali əvvəlcədən məlumatlandırılmamışdı;

-yerli milis (polis) orqanlarının şəxsi heyəti tam şəkildə tək-silah edilmiş və ictimai asayişin mühafizəsi prosesindən uzaqlaşdırılmışdı;

-xəstəxana və təcili tibbi yardım xidmətlərinə süni problemlər yaradılmışdı;

-təcili tibbi yardım maşınlarına atəş açılmışdı;

-bir sıra xəstəxanaların elektrik enerjisi kəsilmişdi.

Beləliklə, keçmiş SSRİ-nin sonuncu rəhbəri olan M.Qorbaçov və Kremlin digər sovet canişinləri Bakıya və Azərbaycanın digər bölgələrinə qoşun yeritməklə müəyyən məkrli məqsədlər güdürdülər:

- Azərbaycanda fövqəladə vəziyyət elan etmək;

- xalqın mübarizə əzmini qırıb onu sarsıtmaq;

- ölkəni qanunsuz hərbi rejim altında saxlamaqla Azərbaycan əhalisinin erməni təcavüzündən özünümüdafiə tədbirləri həyat keçirməsinə mane olmaq;

- fövqəladə vəziyyət şəraitində Ali Sovetə (parlamentə) seçkilər keçirməklə xəyanətkar oyuncaq parlament formalaşdırmaq;

- siyasi prosesləri siyasi qüvvələrin silahlanmasına yönəltməklə ölkədə anarxiya və xaosa rəvac vermək;

-Ermənistanın təcavüzkar siyasəti ilə üz-üzə qalan Azərbaycan əhalisini müdafiəsiz buraxmaq.

20 Yanvar hadisələrinin baş verməsinin qarşısını almaq mümkün idimi?

Otuz iki il əvvəl Azərbaycan xalqına qarşı törədilən hərbi cinayət onu yumruq kimi birləşdirərək milli azadlıq mübarizəsinin təməlini qoydu Ötən dövrdə “20 Yanvar hadisələrinin baş verməsinin qarşısını almaq mümkün idimi” sualı hər zaman aktuallığını qoruyub. Cavab isə birmənalıdır: 20 Yanvar hadisələri ancaq o halda baş verməyə bilərdi ki, keçmiş SSRİ rəhbərliyi Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının qarşısını alardı. 300 minə yaxın soydaşımızın Ermənistandan qovulmasına imkan verilməzdi və nəhayət, Ermənistan birtərəfli qaydada silahlandırılmazdı.

Əlbəttə, 20 Yanvar hadisələri hər şeydən əvvəl bütöv bir xalqa, günahsız və dinc insanlara qarşı törədilmiş hərbi cinayətdir. Lakin bununla belə, bu hadisə Azərbaycan xalqının milli azadlıq mübarizəsi salnaməsinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq səhifəsidir. Birmənalı olaraq qeyd etmək lazımdır ki, SSRİ-nin süqutu ərəfəsində ermənilər Azərbaycana qarşı növbəti ərazi iddiaları ilə çıxış etməsəydilər, sovet rəhbərliyi keçmiş Dağlıq Qarabağ məsələsində ədalətsiz mövqe nümayiş etdirib erməniləri əsassız olaraq dəstəkləməsəydi, o zaman 20 Yanvar faciəsi baş verməyəcəkdi. Deməli, 20 Yanvar faciəsi xalqın köləliyə, ədalətsizliyə etiraz aksiyasının nəticəsi idi. 20 Yanvar faciəsinin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində yaranmış məlum münaqişə ilə əlaqəsinə gəldikdə, bu müqayisədə bir sıra tutarlı tarixi faktlar göstərmək mümkündür. Onlardan biri də 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Ermənistan tərəfinin bütün sərhədboyu Azərbaycana qarşı hücuma keçməsidir. Ermənilərin strateji işğalçılıq niyyətlərindən biri isə Naxçıvan Muxtar Respublikasını zəbt etmək idi. 1990-cı il yanvarın 19-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Sədərək qəsəbəsi Ermənistanın Ararat rayonunun Yerarxs kəndi istiqamətindən toplardan atəşə tutulub, sonradan isə qəsəbəyə silahlı basqın edilib. Nəticədə qəsəbədəki şərab zavodu, içi şərabla dolu 2 çən partladılıb, obyektlər yandırılıb, 5 yaşayış evi dağıdılıb, 6 azərbaycanlı qətlə yetirilib, 23 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Əslində, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları əliyalın Azərbaycan xalqına hərbi təcavüz etdiyi bir vaxtda ermənilər bütün istiqamətlərdən hücuma keçməsində təəccüblü bir şey yoxdur. Çünki təcavüzkar qonşularımız zaman-zaman öz məkrli niyyətlərini siyasi şəraitə uyğun olaraq gerçəkləşdirməyə çalışıb, əksər hallarda bəd niyyətlərinə nail olub və bu böyük “özünəməxsus təcrübəni” davam etdirməkdədirlər.

20 Yanvar hadisələrinin səbəb və məqsədləri

20 Yanvar faciəsi zaman baxımından bizdən uzaqlaşdıqca hadisənin səbəb və məqsədləri barədə yeni-yeni məqamlar üzə çıxır. Xüsusi qeyd etmək lazımdır ki, SSRİ rəhbərliyinin Bakıya əsassız hüquqi zəmin olmadan qoşun yeritməsi dünya birliyi tərəfindən də sükutla qarşılanmışdr. Baxmayaraq ki, Bakıdan əvvəl sovet qoşunlarının Vilnüsdə və Tbilisidə qan tökməsi ABŞ və Qərb dövlətləri tərəfindən etirazla qarşılanmışdı. Sonda göstərilən müqayisə dünyadakı ikili standartlara daha bir nümunə ola bilər.

Ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək baş verən faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verdi. Ulu Öndər 20 Yanvar faciəsini törədən M.Qorbaçovu və onun Azərbaycandakı əlaltılarını kəskin ittiham etdi. Bakıya ağır hərbi texnika və peşəkar ordu yeridildiyini, insanlara divan tutulduğunu, günahsız qanlar axıdıldığını bütün dünyaya bəyan etdi. Az sonra Azərbaycana qayıdan Heydər Əliyev imperiya ilə daha barışmaz mübarizəyə başladı.

20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət verilməsinə qarşı olan qüvvələrin bu istiqamətdəki canfəşanlığına baxmayaraq, tarix hər şeyi öz axarına saldı. Doğrudur, 20 Yanvar faciəsi Azərbaycan xalqının say-seçmə övladlarının qətlinə səbəb oldu. Eyni zamanda, bu qanlı hadisə bütün bir xalqın qəhrəmanlıq dastanına çevrildi. Bir gecənin hərbi cinayəti uzun illər sülhsevərlikdən danışan saxta kommunizm ideyalarını heçə endirdi, Sovet imperiyasının süqutu prosesi sürətləndi. Qazanılan isə Azərbaycan xalqının azadlığı, müstəqil dövləti və milyonların əbədi ziyarətgahına, and yerinə çevrilmiş Şəhidlər xiyabanı oldu. Artıq iki ildir ki, Azərbaycan xalqı 20 Yanvar hadisəsinin ildönümünü qürurla, fəxrlə qeyd edir. Bu o sevincdir ki, 20 Yanvar şəhidləri və qaziləri məhz bu mənəvi varlıq üçün canlarını, qanlarını fəda etdilər.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünü bərpa edərək xalqımızı qürurlandırdı, 20 Yanvar şəhidlərinin ruhlarını şad etdi. Məntiqi mühakimə və faktlara söykənərək tərəddüd etmədən deyə bilərik ki, 20 Yanvar şəhidləri hansı cəsarətlə Vətənimizin müdafiəsinə qalxmışdılarsa, İkinci Qarabağ müharibəsinin şəhid və qaziləri başda olmaqla bütün döyüşçülərimiz də eyni ruh yüksəkliyi ilə torpaqlarımızı işğaldan azad etdilər. Bəli, Vətən müharibəsinin şəhidləri canları və qanları bahasına 20 Yanvar şəhidlərinin yürüdüyü azadlıq yolunu əzmlə qət edərək Vətənimizi bütövləşdirdilər. Hər biri şəhadət zirvəsinə yüksəlməyi özünə amal seçən Azərbaycan Ordusunun hərbçilərinin getdiyi yolda yalnız bir nəticə ola bilərdi - Böyük Zəfər! Şükürlər olsun ki, bu böyük Zəfəri qəhrəman Ordumuz bizlərə nəsib etdi.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü