TƏDQİQATLARIN BİRİNCİ MƏRHƏLƏSİ YENİ PERSPEKTİVLƏR AÇMIŞDIR
İnstitutda AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, tədqiqatlar zamanı məlum olmuşdur ki, yovşan kimi geniş yayılmış bitki təbiət sanitarı rolunu yerinə yetirərək, ağır metalları akkumulyasiya etmək qabiliyyətinə malikdir. Bitkilərin ətraf mühitlə qarşılıqlı münasibətlərini üç cür - tolerant, rəddedici və hiperakkumulyasiyalı kimi səciyyələndirmək olar. Yovşan üçüncü növə aiddir. Bu da gələcək tədqiqatlar zamanı onun molekulyar əsasından praktik məqsədlər üçün istifadə etməyə imkan verəcəkdir.
Ölkəmizdə ekoloji çirklənmənin 85 faizi 400-dən çox iri sənaye müəssisəsinin payına düşür. Yerli mütəxəssislərin, habelə İsveçrədə, Hindistanda və digər ölkələrdə keçirilmiş beynəlxalq elmi forumlarda tədqiqatın materialları ilə tanış olmuş xarici mütəxəssislərin fikrincə, bu şəraitdə yovşanın potensial imkanları çox böyükdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]