TEHRAN SƏDDAM HÜSEYNƏ QARŞI İDDİA İRƏLİ SÜRÜR
AZƏRTAC xəbər verir ki, rəsmi Tehran 1980-ci ildə İranla müharibəyə başlayan və döyüş əməliyyatları zamanı kimyəvi silah tətbiq etdirən Səddam Hüseynə qarşı iddia irəli sürür. Bunu İranın Xarici İşlər Nazirliyi bəyan etmişdir.
İran XİN-in rəsmi nümayəndəsi Həmid Rza Asəfi demişdir: “İrana hücum, iranlıların tələf olması və kimyəvi silah işlədilməsi sabiq İraq liderinin cinayətləridir və biz bunların ona qarşı irəli sürülən ittihamlarda əksini tapmamasına aydınlıq gətirilməsini tələb edirik”.
İranın iddiası Bağdadda yaradılan xüsusi hərbi tribunala veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]