Tehranda havanın çirklənməsi səbəbindən məktəblər və universitetlər bağlanacaq
Bakı, 25 noyabr, AZƏRTAC
İran hakimiyyəti havanın çirklənməsi səbəbindən paytaxt Tehranda iki gün - çərşənbə axşamı və çərşənbə günü məktəbləri və universitetləri bağlayacaq.
AZƏRTAC xəbər verir ki, İRNA informasiya agentliyinin məlumatına görə, dünən Tehranın Firuzkuh rayonu istisna olmaqla, bütün təhsil müəssisələrini distant təhsilə keçirmək qərara alınıb. Xilasetmə, səhiyyə, hərbi və hüquq-mühafizə orqanlarında çalışanlar istisna olmaqla, dövlət və özəl qurumların işçilərinə evdən işləməyə icazə verilib.
İRNA bildirir ki, paytaxtda məhdud sayda bank filialları işləyəcək. Nəqliyyatın hərəkətinə saat 6:30-dan 20:30-dək məhdudiyyətlər tətbiq olunacaq. Təxminən 9 milyon əhalisi olan şəhərin müəyyən ərazilərinə şəxsi avtomobillərin daxil olması qadağan edilib.
Bundan başqa, qum-çınqıl karxanalarına və sement zavodlarına fəaliyyətini dayandırmaq göstərişi verilib.
Bazar ertəsi günü Tehranda havanın keyfiyyət indeksi 170-i ötüb ki, bu da sağlamlıq üçün zərərli hesab olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
- 06.06.2026 [12:53]
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]
Bu saata olan əsas xəbərlər
- 05.06.2026 [20:00]
Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub
- 05.06.2026 [19:59]
Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb
- 05.06.2026 [19:46]
Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər
- 05.06.2026 [19:41]
Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir
- 05.06.2026 [19:35]