“TƏHSİL HAQQINDA” QANUN LAYİHƏSİ GENİŞ MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, seminarı giriş sözü ilə Milli Məclisin sədri Murtuz Ələsgərov açaraq demişdir ki, “Təhsil haqqında” qanun layihəsi 5 il əvvəl birinci oxunuşdan keçsə də, sənəddəki bəzi maddələr kəskin fikir ayrılığı yaratdığı üçün ikinci oxunuşa çıxarılmamışdır. Geniş ictimaiyyət nümayəndələri parlamentə müraciət edərək bu qanunun tezliklə qəbul olunmasını tələb edirlər. Məsələnin vacibliyini nəzərə alan Milli Məclisin rəhbərliyi Prezidentə müraciət etmişdir. Dövlətimizin başçısı layihənin tezliklə işlənib hazırlanması və qəbulu barədə göstəriş verdikdən sonra belə bir seminarın keçirilməsi qərara alınmışdır. Qanun iyun ayında, parlamentin növbədənkənar sessiyasında qəbul olunmalıdır.
Sonra Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov layihə ilə bağlı məlumat vermişdir. O demişdir ki, bu qanun çərçivə qanunu olub təhsil sisteminin və onun idarə olunmasının, təhsil prosesi iştirakçıları arasındakı münasibətlərin, onların hüquq və vəzifələrinin, təhsilin iqtisadiyyatının, bu sahədə beynəlxalq əməkdaşlığın əsas prinsip və normalarını müəyyənləşdirir, təhsilin ayrı-ayrı pillələri üçün müvafiq qanunların və digər qanunvericilik aktlarının qəbul edilməsində baza rolunu oynayır.
Layihədə əsasən, təhsil müəssisələri rəhbərlərinin seçilməsi, tələbə qəbulu və təhsildəki mərhələlərlə bağlı maddələr mübahisələrə səbəb olmuşdur.
Ali peşə-ixtisas təhsili adlanan maddənin müvafiq bəndində (maddə 20.2) deyilir ki, ali təhsil müəssisələrində mütəxəssis hazırlığı ikipilləli - bakalavriat (istiqamətlər üzrə ali təhsil) və magistratura (istiqamət əsasında ixtisaslaşmalar üzrə ali təhsil) əsasda aparılır. Elmi dərəcə almaq doktorantura və ya dissertantlıq yolu ilə həyata keçirilir (maddə 21). Bəzi natiqlər bir müddət aspiranturaların da qalmasını təklif etmişlər.
Digər mübahisə doğuran 25-ci maddədə deyilir ki, ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə abituriyentlərin bilik səviyyəsi vahid dövlət imtahanı formasında müəyyənləşdirilir, ikinci mərhələdə isə vahid dövlət imtahanı və ümumi təhsilin yekun nəticələri nəzərə alınmaqla, təhsil müəssisəsinin yaratdığı müsabiqə komissiyasının qərarı ilə abituriyent tələbə sıralarına qəbul edilir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Milli Məclisin deputatı, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, akademik Teymur Bünyadov, Milli Məclisin aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov və başqaları bu cür tələbə qəbulunu geriyə addım kimi qiymətləndirmiş, test sisteminin saxlanmasını məqbul saymışlar.
Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, təhsil naziri Misir Mərdanov və başqaları layihə ilə bağlı tövsiyələrini vermişlər.
Parlamentin sədri Murtuz Ələsgərov tədbirə yekun vurmuş, layihə ilə bağlı işçi qrupuna, elm və təhsil məsələləri daimi komissiyasına seminarda səslənmiş irad və təkliflərin bir daha araşdırılaraq məqbul sayılanlar nəzərə alınmaqla, sənədin tezliklə Milli Məclisin müzakirəsinə çıxarılması barədə tapşırıq vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:55]
TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər
- 01.10.2026 [22:51]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [22:41]
Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib
- 01.10.2026 [22:22]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [21:16]
Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib
- 01.10.2026 [21:07]
Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək
- 01.10.2026 [20:35]
Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib
- 01.10.2026 [20:15]
Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma
- 01.10.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 01.10.2026 [20:01]
Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib
- 01.10.2026 [19:51]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:33]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [19:30]
Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir
- 01.10.2026 [19:17]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:13]
Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir
- 01.10.2026 [19:12]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [19:09]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [18:54]
Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb
- 01.10.2026 [18:45]
Cəlilabadda fərdi yaşayış evində yanğın olub
- 01.10.2026 [18:41]
Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb
- 01.10.2026 [18:20]
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
- 01.10.2026 [18:16]
Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib
- 01.10.2026 [18:15]
Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb
- 01.10.2026 [17:57]
Ali Məclisin deputatının mandatı ləğv edilib
- 01.10.2026 [17:54]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:53]
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq
- 01.10.2026 [17:46]
Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK
- 01.10.2026 [17:39]
Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH
- 01.10.2026 [17:37]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [17:32]