TƏHSİL İŞÇİLƏRİNƏ “TƏRƏQQİ” MEDALI TƏQDİM EDİLMİŞDİR
Mərasim iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Təhsil naziri Misir Mərdanov məlumat vermişdir ki, Bakı Dövlət Universitetinin, Dövlət Neft Akademiyasının 80, Dövlət İqtisad Universitetinin 70 illik yubileyləri qeyd olunan zaman bu təhsil ocaqlarının bir qrup müəllimi elm və təhsil sahələrində xidmətlərinə görə, ümummilli liderimiz, Prezident Heydər Əliyevin 11 fevral 2000-ci il, 14 dekabr 2000-ci il, 12 iyun 2002-ci il tarixli fərmanları ilə müxtəlif ali mükafatlara, o cümlədən “Tərəqqi” medalına layiq görülmüşlər. Lakin müəyyən səbəblərdən bu mükafatların təqdim olunması ləngiyibdir.
Nazir medalları sahiblərinə təqdim etmişdir.
Çıxış edənlər əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirmiş, respublikaya rəhbərlik etdiyi bütün illərdə təhsilin, təhsil işçilərinin himayədarı olmuş ümummilli liderimiz Heydər Əliyevə Allahdan rəhmət diləmişlər.