Təhsil naziri: Hər il olimpiadalarda 30 mindən artıq məktəbli iştirak edir
Bakı, 17 iyul, AZƏRTAC
Hər il olimpiadalarda 30 mindən artıq şagird iştirak edir. Bu isə olimpiadaların ölkənin bütün bölgələrini, hər bir məktəbi əhatə etdiyini göstərir.
AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində deyib.
O bildirib ki, məktəblilərimiz respublika səviyyəli olimpiadalarla yanaşı, beynəlxalq olimpiadalarda da uğurla çıxış edirlər.
Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:42]
BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır
- 16.10.2026 [17:48]
BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir
- 16.10.2026 [17:32]
BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub
- 16.10.2026 [17:31]
Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub
- 16.10.2026 [17:31]