Təhsil naziri: Martın sonunda 61 ümumtəhsil məktəb distant təhsilə keçib
Bakı, 3 aprel, AZƏRTAC
Martın 29-dan sonra 3 gün ərzində 61 ümumtəhsil məktəb distant təhsilə keçmək məcburiyyətində qaldı. Onlardan 24-ü Bakı, 3-ü Sumqayıt, 5-i Şəki şəhərinin payına düşürdü.
AZƏRTAC xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev “facebook” hesabı üzərindən canlı yayımda pandemiya dövründə tədrisin təşkili ilə bağlı sualları cavablandırarkən deyib.
Nazir qeyd edib ki, koronavirusun yayılacağı ilə bağlı növbəti həftələrdə nə olacağı ilə bağlı qeyri-müəyyənliklə üz-üzəyik. Düzdür, hazırda 2400-ə yaxın yoluxma sayı var. Hətta bəzi vətəndaşlarımız bu yoluxma sayında belə müəllim və şagirdlərin məktəbə getməsinin tərəfdarıdır. Digərləri isə yox. Bu, normal bir haldır. Belə bir-birinə əks olan halda təbii ki, bir qərar verilə bilər: o da məktəblərin bağlanmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:51]
Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ
- 08.10.2026 [17:11]
Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO
- 08.10.2026 [16:08]
Azərbaycanlı alim Özbəkistanda beynəlxalq konfransda məruzə edib
- 08.10.2026 [15:28]