Azərbaycan Dövlət İnformasiya Agentliyi

TƏHSİL NAZİRİ MİSİR MƏRDANOVUN ÇIXIŞI

-Zati-aliləri, möhtərəm cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!

Ölkəmizin 400 minə yaxın təhsil işçisi, hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə ötən dərs ilini uğurla başa vuraraq növbəti - daha məsul tədris ilinin ərəfəsindədir. 2008-2009-cu tədris ilinə 1 milyon 800 min təhsilalan, o cümlədən 1,5 milyon şagird, 200 min tələbə, 100 min uşaqla başlayan təhsil sistemi üzərinə düşən şərəfli missiyanı uğurla davam etdirmək əzmindədir.

Hörmətli cənab Prezident, icazə verin, son illərdə təhsil sahəsində əldə olunmuş uğurlardan bəzilərini, həyata keçirilən proqramların nəticələrini, bu gün mövcud olan problemləri və növbəti dərs ilində onların həlli ilə bağlı nəzərdə tutulan addımları yüksək diqqətinizə təqdim edim.

Şübhəsiz, son illərin ən uğurlu nəticəsi bir növbədə 300 min şagird yerlik 1360 yeni məktəb binasının tikilməsi, 300-dək məktəbin əsaslı təmir edilməsidir. Yalnız cari ildə 161 yeni məktəb binası və əlavə korpuslar tikiləcək, 129 məktəb əsaslı təmir olunacaqdır. Beləliklə, son illərdə yeni tikilmiş və əsaslı təmir edilmiş məktəblərin sayı 1600-ü ötəcək, ümumilikdə 700 mindən çox şagird, yəni bütün şagirdlərin 50 faizindən çoxu müasir tələblərə cavab verən məktəblərdə təhsil almaq imkanı əldə edəcəkdir. Bütün bunlar yerli və beynəlxalq ekspertlər tərəfindən Azərbaycanın təhsil tarixində yaddaqalan hadisə kimi qiymətləndirilir.

Ümummilli lider Heydər Əliyevin adını daşıyan Fondun məktəblərin infrastrukturunun yeniləşdirilməsi və təhsilin inkişafı sahəsində xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Fondun təşəbbüsü ilə son illərdə 184 yeni məktəb binası tikilmiş, 37 məktəb əsaslı təmir olunmuş, müasir avadanlıqla təmin edilmişdir.

Ötən dərs ilinin sonunda Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti üçün yeni korpusların inşasına, Bakı Musiqi Akademiyası və bir sıra universitetlərin əsaslı təmirinə, qəzalı məktəblərin bərpasına Prezidentin Ehtiyat Fondundan 34 milyon manat vəsaitin ayrılması da Prezident qayğısının bariz nümunəsidir.

Məhz bu siyasətin nəticəsidir ki, son illərdə təhsil sektorunun maliyyələşməsi dinamik inkişaf etmiş, təhsilə ayrılan büdcə 2008-ci ildə 47 faiz, investisiya xərcləri isə 2 dəfədən çox artmışdır.

Hörmətli cənab Prezident, onu da diqqətinizə çatdırım ki, məktəblərin avadanlıqla təminatı sahəsində də əhəmiyyətli nailiyyətlər əldə edilmiş, yeni tikilən və əsaslı təmir edilən bütün məktəblər müasir avadanlıqla təmin olunmuşdur. Bundan əlavə, son 3 ildə daha 325 məktəb, o cümlədən Bakı şəhərində 200 məktəb müasir avadanlıqla təchiz edilmişdir. Cari ildə 150 məktəbə yeni avadanlıq verilməsi də nəzərdə tutulmuşdur.

Ən uğurlu nəticələrdən biri də təhsil müəssisələrinin müasir İKT avadanlığı ilə təminatıdır. Sizin təsdiq etdiyiniz Proqramın həyata keçirilməsi nəticəsində, cənab Prezident, bu gün ümumtəhsil məktəblərinin V-XI sinif şagirdlərinin hər 29 nəfərinə bir kompyuter düşür, halbuki 4 il bundan əvvəl bu nisbət 1047 şagirdə bir kompyuter idi. Bu istiqamətdə həyata keçirilən mühüm tədbirlərdən biri də ölkəmizin təhsil tarixində ilk dəfə olaraq elektron tədris resurslarının hazırlanıb məktəblərə çatdırılması, bir neçə məktəbdə “elektron məktəb” layihəsinə başlanılmasıdır. Eyni zamanda, dünyanın İKT sahəsində tanınmış şirkətləri ilə birgə layihələr üzrə səmərəli əməkdaşlıq edilmiş, 20 mindən çox müəllim və məktəb rəhbərləri treninqdən keçirilərək müvafiq bacarıqlara yiyələnmişlər.

Cənab Prezident, biz yaxşı başa düşürük ki, məktəblərə avadanlıq verilməsi bu vacib işin yalnız başlanğıcıdır. Əsas məsələ bütün müəllimlərin, təhsil işçilərinin bu avadanlıqdan bacarıqla istifadə etmələrinə nail olmaqdan ibarətdir.

Cari ilin iyun ayında təsdiq etdiyiniz Dövlət Proqramı bu istiqamətdə atılmış mühüm addım olmaqla təhsil sahəsində İKT-nin tətbiqi üzrə yeni, daha yüksək və həlledici bir mərhələnin başlanğıcı olmuşdur. Cari ildə Proqram çərçivəsində 200 məktəbin genişzolaqlı sürətli internetlə təmin olunması, DATA mərkəzinin, elektron tədris resursları bazasının, vahid təhsil portalının yaradılması və digər məsələlər də nəzərdə tutulmuşdur.

Ciddi problemlərdən biri də ümumtəhsil məktəblərinin istilik sisteminin təmiri və bərpası idi. Yeni tikilən və əsaslı təmir olunan məktəblərdə müasir istilik sistemi qurulmaqla yanaşı, Sizin tapşırığınıza əsasən Bakı şəhərində 250 məktəbin istilik sistemi təmir və bərpa olunmuşdur. Cari ildə isə Bakı, Sumqayıt şəhərlərində və respublikanın digər şəhər və rayonlarında daha 332 məktəbin istilik sisteminin əsaslı təmiri başa çatdırılacaqdır. Bütün bunlar, cənab Prezident, “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” tələbinizin real nəticələrindən biridir.

Başqa bir məsələni də qeyd etmək istəyirərm. Uzun illər ən ciddi problemli sahə olan məktəbəqədər təhsilin inkişafı istiqamətində tərəfinizdən təsdiq olunmuş Proqram çərçivəsində ciddi addımlar atılmışdır. Ötən il Bakı şəhərində son 20 ildə ilk dəfə olaraq 11 müasir tipli yeni uşaq bağçası tikilib istifadəyə verilmiş, cari ildə isə 21 uşaq bağçasının əsaslı təmirinin başa çatdırılması nəzərdə tutulur.

Ümumtəhsil məktəblərinin pedaqoji kadrlarla təminatı Proqramına əsasən 2005-2008-ci illərdə ciddi ehtiyac olan ucqar kənd məktəblərinə göndərilən müəllimlərin sayı 4800 nəfərə çatıbdır və növbəti ildə 1308 müəllimin ucqar kənd məktəblərinə göndərilməsi nəzərdə tutulur.

Həm məzmun, həm də poliqrafiya cəhətdən müasir tələblərə cavab verən yeni nəsil dərsliklərin hazırlanması və bütün şagirdlərə pulsuz çatdırılması, bizim fikrimizcə, son illərin ən uğurlu nəticələrindən biridir. Cari ildə 102 adda 4 milyon nüsxədən çox dərslik və müəllim üçün dərs vəsaiti çap olunur və məktəblərə çatdırılacaqdır. Dərsliklərlə yanaşı, 2007-ci ildə 19 adda 351 min 595 nüsxə xəritə çap edilərək məktəblərə çatdırılmışdır. Cənab Prezident, məktəblərin latın qrafikası ilə çap olunmuş dərsliklər, dərs vəsaitləri, əlavə oxu materialları ilə təminatı problemi artıq ölkəmizdə öz həllini tapmışdır.

Sovet dövründən sonra ilk dəfə olaraq Heydər Əliyev Fondu Təhsil Nazirliyi ilə birlikdə bu il ayrı-ayrı fənlər üzrə 140 adda 1 milyon 400 min nüsxə əyani-tədris vəsaitləri hazırlamışdır və yeni dərs ili başlanana qədər bu vəsaitlər məktəblərə çatdırılacaqdır.

İnkişaf etmiş ölkələrin təcrübəsi öyrənilməklə ötən il ümumi təhsil sistemində yeni tədris proqramının hökumət tərəfindən təsdiq olunması bizim təhsil tariximizdə atılmış ən mühüm addımlardan biri hesab olunur. Həmin proqram növbəti dərs ilindən ölkənin bütün məktəblərinin I siniflərindən tətbiq olunacaqdır. Bununla əlaqədar I siniflərdə dərs deyəcək 9 minədək müəllim müvafiq treninq kurslarından keçmişdir. Bu proqramın tətbiqindən əsas məqsədimiz keçmişdə mövcud olan, daha çox “yaddaşa”, “hafizəyə” əsaslanan təhsil modelindən tədricən imtina olunmasından, birbaşa təhsilalanların inkişafına, onlarda həyati və tətbiqi bacarıqların formalaşmasına yönəlmiş yeni təhsil modelinə keçilməsindən ibarətdir.

Eyni zamanda, bu proqramın həyata keçirilməsi təhsildə həlledici rolu olan müəllimlərin də qarşısında yeni vəzifələr qoyur. Əvvəlki illərdən fərqli olaraq, müasir dövrdə müəllim daha çox, əldə edilmiş biliklərin həyati bacarıqlara çevrilməsində bələdçi, istiqamətverici kimi qəbul olunur. İndi əsl müəllim o şəxslərə deyirlər ki, öz biliyi, bacarığı, davranışı, müasir təlim texnologiyalarına yiyələnməsi, vətənpərvərliyi ilə fərqlənsin, gənclər onların yanına həvəslə öyrənməyə getsinlər.

Ümumi orta təhsil sahəsində aparılan məqsədyönlü islahatların nəticəsidir ki, cari ildə ali məktəblərə qəbul imtahanlarında məzunların nəticələri ötən ilə nisbətən xeyli yüksəlmişdir. İlkin təhlillərə əsasən, cənab Prezident, 2008-ci ildə 600-dən çox bal toplayanların sayı ötən illə nisbətdə 500 nəfərdən çox artmışdır. Əgər ötən il 1100 nəfər idisə, bu il 1582 nəfər olmuşdur. Minimal keçid balı isə ötən il 200 bal olub, bu il 300 bala yüksəlmişdir.

Ötən dərs ilinin ən yaddaqalan hadisələrindən biri də “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” mükafatlarının təsis edilməsi haqqında” imzaladığınız Sərəncam olmuşdur. Bu Sərəncam məktəbin və müəllimin nüfuzunu qaldırmaqla bərabər, təhsil ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Artıq müsabiqə yekunlaşmışdır. Ümid edirik ki, növbəti dərs ili ərəfəsində ölkəmizin ən yaxşı müəllimləri və ən yaxşı məktəblərinin nümayəndələri, cənab Prezident, mükafatları Sizin əlinizdən almaq şərəfinə nail olacaqlar.

Möhtərəm cənab Prezident, tapşırığınıza əsasən ötən dərs ilindən respublikanın ümumtəhsil məktəblərində məktəbli formasının tətbiqinə başlanmışdır. İctimaiyyətin rəğbətlə qarşıladığı bu tədbirin şagirdlərin tərbiyəsinə, təlimin keyfiyyətinə, cəmiyyətdə məktəbin nüfuzuna müsbət təsiri nəzərə alınaraq, növbəti dərs ilindən ölkənin bütün məktəblərində məktəbli formasına keçilməsi nəzərdə tutulur.

2008-ci ilin ən əhəmiyyətli hadisələrindən biri də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində “Dünyada savadlılığın dəstəklənməsi” mövzusunda YUNESKO-nun regional konfransının keçirilməsi olmuşdur. Konfransda dünyanın 30 ölkəsindən təhsil sahəsində 200-dək nüfuzlu ekspertin iştirakı və onların çıxışları, düşünürəm ki, Azərbaycanda təhsilin inkişafında çox əhəmiyyətli rol oynayacaqdır.

Hörmətli cənab Prezident!

Ötən il təsdiq etdiyiniz “Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində Avropa Təhsil Fondu ilə İsmayıllı turizm və hotelçilik üzrə peşə məktəbinin yenidən qurulması, Böyük Britaniya şirkəti ilə Bakı şəhərində avtomobil sənayesi üzrə ixtisaslaşmış peşə təhsili müəssisəsinin bazasında təlim mərkəzinin yaradılması, Avstriya təşkilatı ilə Biləsuvar rayonunda kənd təsərrüfatı sahəsi üzrə peşə məktəbinin yaradılması, Koreya Respublikasının “Daewoo” şirkəti ilə Bakı şəhərində ali texniki peşə təhsili kompleksinin inşası, YUNESKO ilə peşə təhsilinin təkmilləşdirilməsi layihəsinin həyata keçirilməsi də nəzərdə tutulmuşdur. Bundan əlavə, cari ildə dövlət vəsaiti hesabına 8 peşə məktəbinin əsaslı təmiri başa çatdırılacaq, Qəbələdə turizm və hotelçilik üzrə peşə tədris mərkəzi fəaliyyətə başlayacaqdır.

Cəmiyyətin ahəngdar inkişafında, onun intellektual potensialının formalaşmasında, maddi sərvətlərin insan kapitalına çevrilməsində ali təhsilin müstəsna rolu, əlbəttə, danılmazdır. Cənab Prezident, Sizin Sərəncamınıza əsasən, “2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın layihəsini hazırlayıb hökumətə təqdim etmişik.

Cənab Prezident, hörmətli müşavirə iştirakçıları!

Diqqətinizə bir faktı da çatdırmaq istəyirəm ki, hazırda 4000 nəfər azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin ali təhsil müəssisələrində müvəffəqiyyətlə təhsil alır. Onlardan 1000 nəfəri dövlətin hesabına təhsil alır.

Ali təhsil sahəsində aparılan məqsədyönlü islahatların nəticəsidir ki, bu gün ölkəmizin ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayı ilbəil artmaqdadır. Müqayisə edək, 2003-cü ildə Azərbaycanın ali məktəblərində 28 ölkədən 1850 nəfər təhsil alırdı. Bu gün 6500 nəfər əcnəbi tələbə bizim universitetlərdə təhsillərini davam etdirir.

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair təsdiq etdiyiniz Proqrama əsasən 100-ə yaxın gənc dünyanın 15 ölkəsinin 45 ali məktəbinə göndərilmişdir və cari ildə daha 200 nəfərin göndərilməsini nəzərdə tuturuq.

Hörmətli, cənab Prezident!

Son illərdə təhsilin inkişafı, bu sahədə aparılan məqsədyönlü islahatlar, həyata keçirilən proqramlar, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq, xüsusilə Sizin təhsilə böyük diqqət və qayğınız bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin ənənələrinə əsaslanaraq ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və cənab Prezident, Sizin uğurla davam etdirdiyiniz strateji kursla inkişaf edəcəkdir. Ölkəmizin tərəqqisi və davamlı inkişafı naminə həyata keçirdiyiniz bütün strateji kurs çoxminli təhsil işçiləri tərəfindən qətiyyətlə dəstəklənir və gələcəkdə də dəstəklənəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçli məhbuslar Estoniya həbsxanalarında saxlanma şəraitindən şikayətləniblər

“Azərişıq”: Süni intellektin tətbiqi şəraitində hələ də fiziki hazırlıqlı işçilərə ehtiyacımız var

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

“Cahan Holding” “Baku Build” sərgisində iştirak edib

Deputat: Paşinyan bu gün sülh libası geyinibsə, bunun səbəbi Azərbaycanın gücüdür

Azərbaycanlı alimlərin Pekində çinli tələbələrlə görüşü olub

Səmərqənd Dövlət Texniki Universitetinin professor-müəllim heyəti AzMİU-da təcrübə keçir

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının yarımfinalında uduzub

Aqrar Təlim Mərkəzinin mütəxəssisləri Tovuzda nümunəvi heyva bağı ilə tanış olublar

Bakı beynəlxalq dialoqun və strateji tərəfdaşlığın mərkəzi kimi mövqeyini möhkəmləndirir ŞƏRH

Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 8 idman növü üzrə təmsil olunacaq

Baş Prokurorluq Türkiyə vətəndaşı Celal Çiftçi barəsində beynəlxalq axtarış elan edib

Politoloq: Ermənistanın sabiq prezidentlərinin hər üçü müharibə cinayətlərində iştirak edib - ŞƏRH

Dünyaşöhrətli alim Erol Qelenbe İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında məruzə edib

İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib

“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır

Sağlamlıq və şəfa mənbəyi: Naftalan və Kəlbəcərin termal imkanları Samsun sərgisində

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyib

Diaspor nümayəndəsi: Azərbaycanda təhsil almış laoslular ölkəmizi böyük sevgi ilə xatırlayırlar

Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

Qazaxıstan Azərbaycanla avtomobil daşımaları üçün elektron icazələrin mübadiləsini genişləndirib

Azərbaycan Ümumdünya Qida Gününü qeyd edir: İnnovasiya dayanıqlı ərzaq sistemlərinin açarıdır

Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO

Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO

Qambiya sahillərində miqrant qayığının qəzaya uğraması nəticəsində 12 nəfər ölüb

AQEM Asiya qitəsində qanunun aliliyini təmin edən platformaya çevrilməlidir ŞƏRH

ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb

Nazir müavini: Yaşlı insanlarla bağlı sosial dəstək mexanizmlərinin təkmilləşdirilməsi prioritetdir

Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir

Ceyhun Bayramov AQEM-in Baş katibi ilə VII Sammitin nəticələrini müzakirə edib

Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO

Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO

AMADA-nın icraçı direktoru Yunanıstanda süni intellektin antidopinqdə tətbiqi barədə çıxış edib

Cəzaçəkmə müəssisəsinə narkotik vasitənin və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır

ABŞ-nin neft ehtiyatları azalıb

“Tərəqqi" medalı ilə təltif olunan paralimpiyaçı: Elə bil dünyanı mənə verdilər

DSX: 35 kiloqram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir - ŞƏRH

“Rəqəmsal rabitə” informasiya sisteminin effektivliyi məlumatın düzgünlüyü, təhlükəsizliyi və fasiləsiz əlçatanlığı ilə ölçüləcək - AÇIQLAMA

FHN işğaldan azad olunmuş ərazilərdəki minatəmizləmə fəaliyyəti ilə bağlı Ağdama mediatur təşkil edib

2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir

Azərbaycanın qış turizmi imkanları Çin bazarında təqdim olunub

Prezident təqaüdçüsü: Ətrafımdakılar bacarmayacağımı desə də, məqsədimə çatmaq üçün çalışdım

Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində

Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ərazisində avtobus marşrutları üzrə dəyişikliklər ediləcək

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Rumıniyanın Milli Səlahiyyətli Qiymətləndiricilər Assosiasiyası ilə memorandum imzalayıb

Portuqaliya millisinin baş məşqçisinin vəkili Ronaldunun davranışını tənqid edib

ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Siyasi şərhçi :Dayanıqlı sülh həm də beynəlxalq öhdəliklərin yerinə yetirilməsindən asılıdır

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar -  Panel sessiya  VİDEO

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar - Panel sessiya VİDEO

® “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” şirkəti autizmli uşaqların sosial həyatda fəal iştirakını dəstəkləyir

® “Azercell”dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azərbaycanda ət və yumurta istehsalı artıb

Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq

DYP yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında süni intellektəsaslı avadanlıqlardan istifadə edir

Mərkəzi Bank “BlackRock”la mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib

Qarşıdakı 4 ildə Azərbaycan iqtisadiyyatına 108,6 milyard manat investisiya yatırılacaq

Rumıniya Senatının üzvləri Azərbaycanın qiymətləndirmə sektorunun inkişafı barədə məlumatlandırılıblar

Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı

Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb

Pərviz Şahbazov: 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox neft tədarük edilib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26 mindən çox nikah bağlanıb

Təcili tibbi yardım xidmətində müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

AQEM-in transformasiyası və Azərbaycanın üzərinə düşən tarixi məsuliyyət – ŞƏRH

Əmək Məcəlləsində dəyişiklik edilir

“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər təltif edilib - SƏRƏNCAM

Sabah hava əsasən yağmursuz keçəcək

Azərbaycanda bu ilin səkkiz ayında 56 mindən çox körpə doğulub

Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və Sərəncamının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Maliyyə Nazirliyi: 2030-cu ildə dövlət borcunun ÜDM-in 20,4 faiz səviyyəsində olacağı gözlənilir

Sahib Paşazadə Yakutiyada XVI Beynəlxalq Arktika Musiqi Festivalında çıxış edib

Vinisius müasir dövrün ulduz futbolçuları arasında ən çox qırmızı vərəqə alan oyunçudur

Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq

Azərbaycan əhalisinin sayı açıqlanıb

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

2027-ci ildə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 0,3-1,2 faiz bəndi intervalında dəyişməsi gözlənilir

Keçən ay Arktikada dəniz buzu səviyyəsində ilin ən aşağı göstəricisi qeydə alınıb

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

Azərbaycan millisinin futzalçısı: İnanıram ki, dünya çempionatına vəsiqə qazanacağıq

AZSTAND: Azərbaycanda 2026-2028-ci illər ərzində 4 minə yaxın normativ sənədin hazırlanması nəzərdə tutulur

Neft qiymətləri üzrə risk ssenariləri baza ssenaridən müsbət və mənfi istiqamətdə 5-20 dollar arasında kənarlaşmalar əsasında formalaşdırılıb

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2  VİDEO

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2 VİDEO

Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb

Fransalı rejissorlardan həyəcan təbili: Yeni büdcə layihəsi 400 filmin istehsalını təhlükəyə atır

Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb

Reabilitasiya tədbirləri ilə daha 120-dən çox qazi əvvəlki sağlamlığına qovuşub

Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib

Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək