TƏHSİL NAZİRLİYİNDƏ AMERİKALI ŞAGİRDLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, görüşdə təhsil naziri Misir Mərdanov qonaqları salamladıqdan sonra bildirmişdir ki, adı çəkilən proqram çərçivəsində öncə Bakının Nizami rayonundakı 220 nömrəli orta ümumtəhsil məktəbinin 10 şagirdi və 2 müəllimi bir ay müddətində ABŞ-da olmuş, orada amerikalı şagirdlərin dərslərində iştirak etmişlər.
İndi isə həmin sayda amerikalı şagird və müəllimin Azərbaycana gəldiyini diqqətə çatdıran nazir ABŞ ilə Azərbaycan arasındakı bu əlaqələrin əhəmiyyətindən danışmış, eyni zamanda, ölkəmizin təhsil sistemi və həyata keçirilən islahatlar barədə məlumat vermişdir.
“Proyekt Harmoniya” təşkilatının Azərbaycan üzrə direktoru Kerri Kosbi çıxış edərək görüşlə bağlı xoş təəssüratını bölüşmüşdür.
Sonra nazir amerikalı şagirdləri maraqlandıran suallara cavab vermişdir.
Amerikalı qonaqların adından nazirə rəmzi hədiyyə təqdim olunmuşdur.