TƏHSİL NAZİRLİYİNDƏ MƏKTƏB BİNALARININ TİKİNTİSİ İLƏ BAĞLI İCLAS KEÇİRİLMİŞDİR
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, iclasda nazir Misir Mərdanov Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ötən il ölkəmizdə 132 yeni məktəb binasının inşa olunduğunu, 2006–cı ildə də yeni məktəb binalarının tikintisinin davam etdiriləcəyini demişdir.
Qeyd olunmuşdur ki, nazirlik ölkənin bütün rayonlarında araşdırma apararaq, ehtiyac olan yerlərdə yeni məktəb binalarının inşası ilə bağlı materialları Heydər Əliyev Fonduna təqdim edəcəkdir.
Bu məqsədlə respublikamızın müxtəlif bölgələri üzrə nazirliyin məsul əməkdaşlarından ibarət 7 işçi qrupunun yaradılması və həmin qrupların 10 gün müddətinə yerlərə ezam olunması qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]