Təhsil Nazirliyinin rəsmisi: Tələbələrin köçürülməsi prosesi təxirə salınmayıb
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycanda tələbələrin bir ali məktəbdən digərinə və ya bir ixtisasdan digərinə köçürülməsi prosesi iyul-avqust aylarında baş tutacaq.
AZƏRTAC xəbər verir ki, bunu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkili, eyni zamanda, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində magistratura proqramının həyata keçirilməsi ilə bağlı onlayn mətbuat konfransında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. O bildirib ki, köçürülmə prosesi onlayn olduğu üçün onun təxirə salınması nəzərdə tutulmayıb. Köçürülmənin başlanılma müddəti ilə bağlı yaxın vaxtlarda məlumat veriləcək.
Xatırladaq ki, tələbələrin köçürülməsi ildə iki dəfə - fevral və iyul aylarında həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:23]
Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB
- 07.10.2026 [14:11]
BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib
- 07.10.2026 [12:30]
Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”
- 07.10.2026 [11:41]