Bakı, 14 dekabr, AZƏRTAC
Türkiyədə “Adana Uluslararası TEPAİD Türkiyə turnuvası” beynəlxalq turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycanı “Təhsil” Respublika İdman Mərkəzinin futbol komandası təmsil edib.
Komandamız yarışda uğurla çıxış edərək bürünc medal qazanıb.